06 Yanvar 2019 00:53
406
İQTİSADİYYAT
A- A+

“İsma Bikes”in istehsalı da artır, alıcıları da...


Bu velosipedlər Azərbaycan məhsuludur. Həm də onları istehsal edən zavod paytaxtda, yaxud ölkənin hansısa iri şəhərində və ya rayon mərkəzində deyil, kənddə yerləşir. Bura İsmayıllı rayonunun mərkəzindən 6 kilometrlik məsafədə yerləşən Diyallı kəndidir. Bu faktın özü də Azərbaycanda regionların sosial-iqtisadi inkişafına, iqtisadiyyatımızın şaxələndirilməsinə aydın misaldır.

"İsma Bikes” adlanan müəssisə Bolqarıstanın Sofiya Velosiped Zavodu ilə əməkdaşlıq çərçivəsində layihələndirilib. 2016-cı ildən fəaliyyətə başlayan "İsma Bikes”in açılış mərasimi Prezident

İlham Əliyevin iştirakı ilə keçirilib. Zavodda əvvəlcə müxtəlif növlü velosipedlərin, daha sonra isə əlil arabalarının da istehsalı nəzərdə tutulub.

İstehsal getdikcə artır. "İsma Bikes”də buraxılan eyniadlı məhsul bazarda yeni olsa da, artıq özünə çoxsaylı alıcılar tapıb. Çünki ölkənin əksər bölgələrində velosipedə maraq göstərənlərin sayı sürətlə artır. Bu isə getdikcə velosiped idmanının daha da inkişaf edəcəyindən xəbər verir. Zavodun gələcək fəaliyyəti də bu tələbatı ödəməyə hesablanıb.

Foto Ağaəli MƏMMƏDOVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video