warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım ataşehir kuaför hacklink Shell indir

Alternative content

09:13 22 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Planet yeni sürətlə silahlanmanın astanasında
Planet yeni sürətlə silahlanmanın astanasında
ANA SƏHİFƏ / SİYASƏT
00:48 06.01.2019


Təhlükəli vəziyyətin yaranmasında ABŞ və Rusiya bir-birini günahlandırır


Dünyada cərəyan edən təhlükəli proseslər bir-birini izləyir. Artıq qlobal ticarət müharibəsi faktdır. İqlim dəyişikliyi bəşəriyyətin gələcəyi üçün real təhdiddir. ABŞ-ın İranın nüvə proqramına dair beynəlxalq sazişdən çıxması da dünyanın bir çox ölkələri arasında qarşıdurma yaradır.

ABŞ-ın ortamənzilli (1000 kilometrdən 5500 kilometrədək) və yaxınmənzilli (500 kilometrdən 1000 kilometrədək) raketlər haqqında müqavilədən (OYRM) çıxacağını bəyan etməsi qlobal miqyasda başqa bir təhlükəli vəziyyətin - sürətlə silahlanmanın qayıdacağından xəbər verir. Müvafiq bəyanatla ötən il oktyabrın 20-də Amerika lideri Donald Tramp çıxış etmişdir.

OYRM 1987-ci il dekabrın 8-də keçmiş SSRİ ilə ABŞ arasında imzalanmış və 1988-ci il iyunun 1-də qüvvəyə minmişdir. O vaxtdan bəri hər iki tərəf sözügedən raketləri ləğv etmişdir. Lakin son illər ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edir. Vaşinqtonun fikrincə, Rusiyanın sınaqdan çıxardığı 9M729 raketi OYRM-in pozulması deməkdir. ABŞ-ı dəstəkləyən Böyük Britaniya istisna olmaqla, Avropa ölkələrinin liderləri müqaviləni qüvvədə saxlamağı zəruri sayırdılar.

Öz növbəsində Rusiya ABŞ-ın iddialarını rədd edərək bəyan edirdi ki, 9M729 raketi OYRM-i pozmur, çünki raket 2017-ci ilin sentyabrında sınaqdan çıxarılarkən 480 kilometrdən az uçmuşdur. Digər tərəfdən, ABŞ Rumıniya və Polşada "Tomahavk” tipli qanadlı raketlər buraxmağa qadir olan MK41 qurğuları yerləşdirir ki, bu da müqavilənin şərtlərinə ziddir.

Ötən ayın 4-5-də NATO-nun üzvü olan ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilmiş görüşündə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirmişdir ki, Rusiya 60 gün ərzində OYRM üzrə öhdəliklərinin icrasına başlamasa, ABŞ müqavilədən çıxacaq. Görüş zamanı Şimali Atlantika alyansının iştirakçıları Vaşinqtona birmənalı dəstək verdilər. Xarici işlər nazirlərinin qəbul etdiyi bəyannamədə vurğulanmışdır ki, Rusiya OYRM üzrə öhdəliklərini pozur, ABŞ isə müqavilənin şərtlərinə tamamilə riayət edir. Sənəddə, həmçinin qeyd olunmuşdur ki, OYRM-in qorunub saxlanması yalnız Rusiyadan asılıdır. NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdir ki, alyans OYRM-i xilas etmək üçün Rusiyaya son şans verir.

ABŞ rəsmilərinin bəyanatlarından aydın olur ki, Vaşinqtonun OYRM-dən çıxmasına səbəb təkcə Rusiyanın müqaviləni pozması deyil. Vaşinqtonun niyyəti, ilk növbədə, müqaviləyə yeni tərəfləri qoşmaqla yeni sazişin bağlanmasına nail olmaqdır. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton ötən ilin oktyabrında Moskvada səfərdə olarkən qeyd etmişdir ki, yeni OYRM-i ərsəyə gətirmək təkcə ABŞ və Rusiyanın imkanı xaricindədir: "Bir sıra ölkələr var ki, orta mənzilli raketlər, qanadlı raketlər istehsal edir. Bunlar, əlbəttə, Şimali Koreya və Çindir. ABŞ və Rusiya üçün qeyri-adi vəziyyət yaranır: indi ikitərəfli saziş, Sovet İttifaqı dövründə olduğu kimi, hər şeyi əhatə edən müqavilə deyil”. Bolton qeyd etmişdir ki, hazırkı vəziyyətdə Rusiya bu prosesin oyunçularından yalnız biridir. Ona görə də ABŞ hesab edir ki, təkcə iki ölkə bu problemi tamamilə həll edə bilməz.

Lakin Vaşinqtonun OYRM iştirakçılarının sayını artırmaq və bu yolla qüvvədə olan müqavilənin şərtlərini Çin, KXDR kimi ballistik raketlər istehsal edən ölkələrə şamil etməsi elə də asan deyil. Çin və Şimali Koreyadan başqa, ballistik və qanadlı raketlərə malik olan Böyük Britaniya, Fransa, Hindistan, Pakistan kimi ölkələr də var. Onları yeni müqaviləyə cəlb etmək çətindir, çünki OYRM ikitərəfli sazişdir. Yeni çoxtərəfli müqavilənin hazırlanması isə tamamilə başqa bir məsələdir və hazırkı mərhələdə real görünmür.

Moskva ABŞ və NATO-nun mövqeyinə sərt reaksiya vermişdir. Rusiya Prezidenti Vladimir Putin bildirmişdir ki, ABŞ-da ortamənzilli raketlər peyda olsa, belə raketləri Rusiya da yaradacaq. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov qeyd etmişdir ki, Vaşinqtonun addımları cavabsız qalmayacaq. O xəbərdarlıq etmişdir ki, OYRM qüvvədən düşsə, Rusiyanın cavab zərbəsinin potensial hədəfləri ərazisində Amerika raketləri yerləşdirən ölkələr olacaq.

Tərəflərdən heç biri geri çəkilmək fikrində deyil. Bu isə dünyada son dərəcə təhlükəli situasiyanın yaranacağını təxmin etməyə imkan verir. Belə ki, OYRM-in ləğv olunması strateji sabitliyin pozulmasına və nüvə silahlarına nəzarət prinsiplərinin yoxa çıxmasına gətirib çıxarar. Eyni zamanda OYRM dağılandan sonra qüvvəsi iki ildən sonra bitəcək Strateji Hücum Silahlarının İxtisarı və Məhdudlaşdırılması haqqında Müqavilə (SHS-3) təhlükə altında qalacaq. Hadisələrin bu istiqamətdə inkişafı nəticə etibarilə nüvə silahının yayılmaması haqqında çoxtərəfli müqavilənin, həmçinin atmosferdə, kosmik məkanda və su altında nüvə silahının sınağının qadağan edilməsi haqqında 1968-ci ildə SSRİ, ABŞ və Böyük Britaniyanın imzaladığı müqavilənin dağılmasına gətirib çıxara bilər. Üstəlik, sürətlə silahlanmanın yenidən başlaması külli miqdarda maliyyə vəsaitinin müdafiəyə sərf edilməsi deməkdir. Belə olan təqdirdə hətta yaxın gələcəkdə dünyanın mənzərəsini təsəvvür etmək çətin deyil.

Təəssüf ki, hadisələrin gedişi sürətlə silahlanmanın qayıtmayacağını proqnozlaşdırmağa imkan vermir. Doğrudur, dialoqun mümkünlüyündən danışanlar da var. Lakin bu da hazırkı mərhələdə söz-söhbətdən başqa bir şey deyil. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun dediyinə görə, Vaşinqton "bizə ikitərəfli kanallarla yüksək siyasi səviyyədə təsdiqləyib ki, bu qərar qətidir və dialoqa çağırış deyil”. Yəqin ki, şərhə ehtiyac yoxdur.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM