06 Yanvar 2019 00:46
888
Səhiyyə
A- A+

Ölüm qasırğası


Təhlükədən necə qorunmalı?


Son zamanlar, yer üzərində güclü geomaqnit qasırğalarının olması ilə bağlı məlumatlar verilir, həmin günlərdə əhaliyə xüsusilə diqqətli olmaları barədə xəbərdarlıqlar edilir. Bəs, görəsən, maqnit qasırğası insanların səhhətinə necə təsir edir? Onun mənfi təsirlərindən qorunmaq üçün hansı tədbirlərdən istifadə etmək lazımdır?

Nevropatoloq Rima İbadova deyir ki, təbiət dəyişiklikləri insanlara birbaşa təsir edir. Bura maqnit qasırğaları, mövsüm temperaturunun artması, daşqınlar, hava kirlənmələri də daxildir: "Bizim iqlimimizə daha çox təsadüf edən təbiət dəyişikliyi maqnit qasırğalarıdır. Xüsusilə meteohəssas insanlar bu cür dəyişilmələrə qarşı daha həssas olurlar. Arterial təzyiqi yüksək olan, hipertoniya xəstəliyi olan, infarkt keçirən insanlar bundan daha çox əziyyət çəkirlər”.


Baş, boyun ağrıları, arterial təzyiq, ürəkdə sıxılma…


Rima İbadova deyir ki, maqnit qasırğası olan zaman insanlarda xroniki yorğunluq özünü göstərir. Həmçinin gərginlik, baş və boyun ağrıları, arterial təzyiqin oynaması, ürəkdə sıxılma olur. Psixoloji baxımdan depressiya, həyəcan yaranır. Hətta bəzi hallarda intihara cəhd kimi psixi problemlərin də ehtimalını artırır. Maqnit qasırğası zamanı qanda adrenalinin, əhvali-ruhiyyəmizə təsir edən hormonların miqdarı da dəyişir, qanın laxtalanması artır.

Həkim məsləhət verir ki, öncə həmin günlərdə açıq havada işləyən şəxslər mümkün qədər havada olmaqdan çəkinməlidirlər: "Xüsusilə insult, infarkt kimi problemi olan insanlar özlərini qorumalıdır. Arterial təzyiq yüksəkdirsə, mütləq təzyiqi salan dərmanlar istifadə olunmalıdır. 35-40 yaşdan sonra müəyyən qan durulduculardan istifadə məsləhətdir. Həmçinin bol maye qəbul olunmalı və qidalanmaya nəzarət edilməlidir. Daha yüngül və antioksidant tərkibli qidalar yeyilməlidir. Çünki antioksidantlar da bizim əhvalımıza təsir edən faktorlardandır. Bu baxımdan üzüm, banan, yaşıl çay kimi qidalar məqsədəuyğundur”.

Nevropatoloq xüsusilə vurğulayır ki, geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə məsləhətdir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video