06 Yanvar 2019 00:44
1049
Səhiyyə
A- A+

İtburnu


Şəfalı, ətirli və faydalı


İtburnu xalq təbabətində həm təzə, həm də qurudulmuş şəkildə çox geniş istifadə olunur. Bu giləmeyvənin nadir xüsusiyyətləri onu bir çox xəstəliklər və pozulmalar zamanı olduqca təsirli müalicəvi vasitə edir.

Bu giləmeyvə zəngin kimyəvi tərkibinə malikdir: vitaminlər (C, B qrupu, P, K, E), karotin, minerallar (kalium, kalsium, maqnezium, dəmir, fosfor, mis və s.), orqanik turşular (alma turşusu, limon turşusu), efir yağları, fitonsidlər, pektinlər və s. Məhz bu səbəbdən itburnu təbii polivitamin sayılır. İlk növbədə itburnu C vitamini ilə çox zəngindir. C vitamini orqanizmdə gedən bir çox proseslərdə iştirak edir, güclü antioksidantdır. Bu o deməkdir ki, bu vitamin orqanizmi qocalma və dağılma proseslərindən qoruyur, bu prosesləri ləngidir. İtburnu insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və infeksiyalarına qarşı davamlılığını artırır.

C vitamini və rutinlə zəngin olan itburnu damarların elastikliyini artırır, damarları möhkəmləndirir, varikoz xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Bundan əlavə itburnu damarları artıq xolesterindən təmizləyir və bu səbəbdən ateroskleroz xəstəliyinin profilaktikasında geniş istifadə olunur.

Sidikqovucu təsirinə malik olan itburnu bəzi böyrək və sidik kisəsi xəstəlikləri zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.

İtburnu, həmçinin ödqovucu təsirinə malikdir və bu səbəbdən xolesistit (öd kisəsinin iltihabı) xəstəliyinin müalicəsində istifadə olunur.

İtburnu ürək-damar sisteminə və qanın tərkibinə müsbət təsir edir, arterial təzyiqinin tənzimlənməsinə kömək edir. Yüksək təzyiqdən əziyyət çəkənlərə itburnu dəmləməsi kömək edə bilər. İtburnu sinir sisteminə də müsbət təsir edir, yaddaşı möhkəmləndirir. Daha çox itburnu dəmləməsindən istifadə olunur, amma dəmləməni gün ərzində 1-2 stəkan miqdarında içmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video