06 Yanvar 2019 00:20
837
İDMAN
A- A+

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Lüksemburq millisinə qalib gəlib



Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması yanvarın 5-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, seçmə mərhələnin "G” qrupunda qərarlaşan millimiz Azərbaycan Voleybol Mərkəzində Lüksemburq yığmasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda "G” qrupuna 11 xalla Yunanıstan yığması liderlik edir. Azərbaycan millisi (8 xal) ikinci, İsveç yığması (5 xal) üçüncü, Lüksemburq (3 xal) komandası isə sonuncu yerdədir.

Voleybolçularımız qrupda sonuncu oyunu yanvarın 9-da səfərdə İsveç millisinə qarşı keçirəcəklər.

Kişi voleybolçular arasında voleybol üzrə 31-ci Avropa çempionatının ötən ilin avqustunda start verilən seçmə mərhələsi yanvarın 9-da başa çatacaq. Təsnifat yarışlarında iştirak edən 26 komanda yeddi qrupda mübarizə aparır. Seçmə mərhələnin yekununda 12 komanda - 7 qrupun hər birinin qalibləri və qrup ikinciləri arasında ən yaxşı göstəricilərə sahib olan beş komanda "Avro 2019”un final mərhələsinə vəsiqə qazanacaq.

Final mərhələsinin təşkilatçıları olan 4 komanda – Fransa, Sloveniya, Belçika və Niderland yığmaları, habelə əvvəlki Avropa çempionatının yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa və Türkiyə milliləri seçmə mərhələdə iştirak etməkdən azad olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video