05 Yanvar 2019 19:47
611
DÜNYA
A- A+

Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında kütləvi dava baş verib


Tərtər rayonunun düşmən tərəfindən işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında kütləvi dava baş verib.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, hərbi hissə üzrə növbətçi zabit Şakaryanın verdiyi məlumata əsasən, Ermənistandan olan əsgərlərlə Qarabağ erməniləri arasında dava düşüb.

Zabitlərin müdaxiləsindən sonra dayandırılan kütləvi davaya artilleriya divizionunda xidmət edən Qarabağda məskunlaşmış erməni hərbçilərin ikinci atıcı taborun yerevanlı əsgərlərini təhqir etməsi səbəb olub. Döyülən əsgərlərin dördünə tibbi yardım göstərilib. Madinyan soyadlı hərbi qulluqçu isə gözü çıxdığına görə hərbi hospitala təxliyə olunub.

Davanın səbəbkarları hərbi polisə aparılıb, faktla bağlı araşdırma başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video