05 Yanvar 2019 16:29
442
DÜNYA
A- A+

Meksika hökuməti miqrant sığınacağını bağladı


Meksika hökuməti ABŞ-la sərhədin yaxınlığında yerləşən Tixuana şəhərinin ətrafındakı mərkəzi amerikalı miqrantların sığınacaqlarından birini bağlamaq barədə qərar qəbul etmişdir. "Excelsior” qəzeti xəbər verir ki, bu təşəbbüs sığınacaq sakinlərinin müqaviməti ilə üzləşmişdir.

Məlumata görə, sanitar xidmətlərin nümayəndələri normaların pozulmasına görə təxminən 150 miqrantın yaşadığı sığınacağın girişlərini bağlamışlar. Qaçqınlara digər düşərgəyə köçmək təklif olunmuşdur. Lakin bu qərar etirazla qarşılanmış və bundan sonra sığınacağa polis əməkdaşları gəlmişlər. Onlar miqrantlara köçmək üçün 12 saat vaxt vermişlər.

Xatırladaq ki, ötən il noyabrın axırlarında təxminən 500 miqrant Tixuanadan ABŞ ərazisinə keçməyə cəhd etmişdir. Amerikalı sərhədçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə etmişlər. Növbəti gün Meksika hökuməti həmin hadisənin 98 iştirakçısını ölkədən deportasiya etmiş və Tixuanada təhlükəsizlik tədbirlərini gücləndirmişdir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video