05 Yanvar 2019 16:22
322
DÜNYA
A- A+

2018-ci ildə dünyanın ən dəqiq aviaşirkət və aeroportlarının reytinqi tərtib edilib


"OAG Aviation Worldwide” analitika firması 2018-ci ilin yekunlarına görə dünyanın ən dəqiq aviaşirkət və aeroportlarının reytinqini tərtib edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, reytinq məlumatlarına görə, Panamanın "Copa Airlines” şirkətinin reyslərində gecikmələr və qeyri-dəqiqliklər daha az müşahidə olunub. Bu siyahıda ilk onluğa Latviyanın "airBaltic”, Qətərin "Airways”, Hollandiyanın KLM, habelə "Hong Kong Airlines”, "Hawaiian Airlines”, "Bangkok Airways”, "Qantas Airways”, "LATAM Airline”, "Azul” daxil olub.

Tokionun "Haneda” aeroportu iri aeroportlar arasında (ildə 30 milyon yola salınan sərnişin) dəqiqliyinə görə lider olub. Moskvanın "Şeremetyevo” aeroportu "Əsas aeroportlar” (ildə 20-30 milyon sərnişin) kateqoriyasına başçılıq edib, ən dəqiq işləyən kiçik aeroport isə (ildə 2,5-5 milyon sərnişin) Minsk aeroportu sayılıb.

Reytinq 2018-ci ilin reysləri barədə 58 milyon məlumat əsasında tərtib edilib. Burada reyslərin göndərilməsi və qəbulu vaxtı üzrə məlumatlarının 80 faizindən çoxu analitiklərin sərəncamında olan aviaşirkət və aeroportlar göstərilib. Ekspertlər nəzərdə tutulan göndərilmə və qəbuletmə vaxtından 15 dəqiqə ərzində həyata keçirilən reysləri vaxtında yerinə yetirilmiş reyslər sayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video