05 Yanvar 2019 13:55
414
CƏMİYYƏT
A- A+

Özünüməşğulluq proqramı çərçivəsində ötən il Qaxda 47 ailəyə mal və materiallar verilib


Azərbaycan Prezidenti İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası çərçivəsində 2018-ci ildə Qax rayonunda 47 aztəminatlı ailə aktiv əmək bazarına cəlb olunaraq özünüməşğulluq imkanlarına yiyələnib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Məşğulluq Mərkəzindən məlumat verilib.

Qurumdan bildiriblər ki, "Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən bu şəxslər əsasən, məcburi köçkün və şəhid, həmçinin aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olanlardır.

Proqram çərçivəsində heyvandarlıqla məşğul olmaq istəyən 33 ailənin hər birinə 2 baş yanı balalı, iribuynuzlu, 10 ailənin hər birinə isə 21 baş xırdabuynuzlu heyvan təqdim olunub. Bundan əlavə, 2 nəfərin hər birinə 15 arı ailəsi, 2 nəfər şirniyyatçı qadına isə zəruri avadanlıq verilib. Bu ailələr artıq öz kiçik biznes təsərrüfatlarını yaradıblar.

Qurumdan verilən məlumata görə, "Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən daha 9 nəfərə də yaxın vaxtlarda aktivlər təqdim olunacaq.

Qeyd edək ki, 2018-ci ildə rayon Məşğulluq Mərkəzində 719 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Qurum tərəfindən ötən il 303 işaxtaran vətəndaş müvafiq işlə təmin olunub, 17 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video