warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım ataşehir kuaför hacklink Shell indir

Alternative content

09:16 22 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu il Azərbaycan bir sıra mühüm beynəlxalq idman yarışlarına və tədbirlərinə ev sahibliyi edəcək
Bu il Azərbaycan bir sıra mühüm beynəlxalq idman yarışlarına və tədbirlərinə ev sahibliyi edəcək
ANA SƏHİFƏ / İDMAN
18:43 04.01.2019

2018-ci il ölkəmiz üçün idman sahəsində çox uğurlu il olub. Ötən il olduğu kimi, 2019-cu ildə də Azərbaycanda bir sıra mühüm idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ötən il respublikamızda Formula 1 Azərbaycan Qran-Prisi, velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, gimnastika növləri üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Dünya Antidopinq Agentliyinin Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar və digər mühüm beynəlxalq turnirlər və tədbirlər yüksək səviyyədə təşkil olunub, şəhərimizə gələn idmansevərlər ölkəmizdən xoş təəssüratlarla ayrılıblar. Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyib.

Bu il də Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlamaq niyyətindədir. Odur ki, 2019-cu il Azərbaycan müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi edəcək. 2019-cu ildə ölkəmizdə keçiriləcək və dünyanın diqqətini cəlb edəcək ən əhəmiyyətli idman tədbirlərindən biri Formula 1 Azərbaycan Qran-Prisi olacaq. Bu möhtəşəm yarışın Bakıda təşkili aprelin 26-28-də planlaşdırılır.

Cari il Azərbaycan, həmçinin gimnastika üzrə bir neçə irimiqyaslı yarışa ev sahibliyi edəcək. Yarışlara fevralın 16-17-də batut gimnastikası üzrə dünya kuboku ilə start veriləcək. Martın 14-17-də müxtəlif ölkələrin idman gimnastları Azərbaycanda dünya kuboku uğrunda mübarizə aparacaqlar. Aprelin 26-28-də bədii gimnastika üzrə dünya kuboku, mayın 17-19-da isə bu növdə Avropa çempionatı respublikamızda keçiriləcək. Mayın 24-26-da qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaqlar. İyulun 20-28-də ölkəmizdə keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında təşkil olunacaq. İlin sonuncu yarışı sentyabrın 16-22-də keçiriləcək bədii gimnastika üzrə dünya çempionatıdır. Bakıda keçiriləcək hər üç dünya kuboku, eləcə də dünya çempionatı "Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışlardır.

Bundan başqa, bu il keçiriləcək digər böyük idman yarışları sırasında Bakıdakı UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu da yer alır. Bu, beynəlxalq idman federasiyalarının respublikamızda aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür.

İyulun 20-28-də Azərbaycanda daha bir mötəbər yarış - Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu mötəbər festivalın Bakıda layiqincə, uğurla və yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 15 may tarixli Sərəncamına əsasən geniştərkibli Təşkilat Komitəsi yaradılıb.

Avropanın 50 ölkəsindən 2 mindən çox atletin və 1500-dən çox nümayəndənin qatılacağı mötəbər turnir idmanın on növü üzrə 12 idman qurğusunda keçiriləcək. Festivalın təşkilinə 2500-dən çox könüllü cəlb olunacaq. Son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin uğurlu təşkilinin ənənəvi hal alması Avropa Gənclər Olimpiya Festivalının da yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.

2019-cu ildə ölkəmiz üçün gözlənilən mühüm idman tədbirlərinin sırasına mayın 10-12-də keçiriləcək cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turniri, mayın 13-15-də paracüdo üzrə Qran-Pri yarışı, iyunun 6-9-da təşkil olunacaq badminton üzrə "Azerbaijan International-2019” dünya kuboku daxildir.

Ümid edirik ki, böyük idman yarışları və tədbirləri bu il də Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacaq. Bütün bunlar, eləcə də 2019-cu ildə idman və bədən tərbiyəsi sahəsində görülməsi nəzərdə tutulan digər işlər, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM