04 Yanvar 2019 18:41
412
DÜNYA
A- A+

ABŞ Konqresinin aşağı palatası “şatdaun”un bitməsinə səs verdi


ABŞ Konqresinin Nümayəndələr Palatası işi qismən dayandırılmış ("şatdaun”) bir sıra federal orqanların maliyyələşdirilməsi haqqında qanun layihələri qəbul etmişdir. Konqresmenlər bu il fevralın 8-dək Daxili Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin maliyyələşdirilməsinə səs vermişlər. O vaxtadək Konqres ABŞ sərhədinin müdafiəsi məsələsində kompromis əldə etmək niyyətindədir.

Bundan əlavə, Konqresin aşağı palatasının üzvləri 2019-cu il sentyabrın 30-dək Dövlət Departamenti, daxili işlər, kənd təsərrüfatı, ticarət, əmək və maliyyə nazirlikləri, habelə bir sıra digər idarə və müəssisələr üçün vəsait ayrılmasına səs vermişlər. İndi qanun layihələri yerlərin yarıdan çoxunu respublikaçıların tutduğu Senatda təsdiqlənməlidir.

Xatırladaq ki, Prezident Tramp Meksika ilə sərhəd boyunca divarın inşa olunması üçün 5 milyard dollardan çox vəsaitin ayrılmasını tələb edir. Demokratlar isə sərhədin müdafiəsinə cəmi 1,3 milyard dollar yönəltməyə razıdırlar.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video