04 Yanvar 2019 16:19
324
DÜNYA
A- A+

Sosial şəbəkələrdə dəqiq olmayan məlumatlara münasibət bildirmək məqsədilə Misirdə işçi qruplar yaradılacaq


Misirli deputat, Nümayəndələr Palatasının Sosial Həmrəylik Komitəsi sədrinin müavini Məhəmməd Abu Hamed bəzən sosial şəbəkələr vasitəsilə yayılan dəqiq olmayan məlumatlara münasibət bildirmək məqsədilə ölkənin bütün nazirliklərində və dövlət idarələrində işçi qrupların yaradılması təklifi ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, deputat "quruculuq və inkişaf prosesini başa çatdırmaqda misirlilərin iradəsini və əzmini qırmaq məqsədilə” son vaxtlar reallıqdan uzaq olan xeyli sayda feyk-xəbərlərin yayıldığını bildirib. M.Hamed hər bir nazirlik və qurumda buna bənzər yazıları izləyəcək və doğru məlumatı göstərərək təkziblə çıxış edəcək işçi qrupların yaradılmasının zəruriliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video