Alternative content

22:41 18 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İLİN DÜŞƏRLİYİ
İLİN DÜŞƏRLİYİ
ANA SƏHİFƏ / SİYASƏT
01:36 04.01.2019


Və ya hər ili düşərli etmək məharəti


2018-ci il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Bütün sahələrdə ölkəmiz böyük uğurlar əldə etmişdir.
Dünyada 2018-ci ildə bir çox təhlükəli proseslər getmişdir və demək olar ki, beynəlxalq vəziyyət daha da gərginləşmişdir. Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr 2018-ci ilin mənzərəsini əks etdirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik təmin edilmişdir. Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir.

İlham ƏLİYEV


2018-ci il tarixə qovuşdu - XXI əsrin tarixinə!
Daha bir il böyüdük, bir il cavanlaşdıq, bir il qocaldıq...
İllər bir-birinə bənzəyir - eyni fəsillər, isti və soyuq günlər, eyni bayramlar, oxşar tədbirlər...
İllər bir-birindən fərqlənir - həyatımızda müxtəlif yeniliklər baş verir, gözlənilməz dəyişikliklər olur, itiririk, qazanırıq...

Şəxsi həyatda itirdiklərimiz olsa da, bütövlükdə dövlət miqyasında qazancımız üstünlük təşkil edir!
Çünki müstəqil Azərbaycan dövləti durmadan inkişaf edir!
Çünki yeni-yeni layihələri reallaşdırır, başladığımız əzəmətli işləri başa çatdırırıq!

Çünki elə bir siyasi kurs, elə bir istiqamət tutmuşuq ki, daim yüksələ, zənginləşə, dövlətimizi gücləndirə, xalqın rifahını ardıcıl surətdə yaxşılaşdıra bilirik!

Kapitanı mahir, uzaqgörən və müdrik olan gəmi daim sürətlə mənzilbaşına doğru irəliləyər, sualtı qaya, fırtına və qasırğa kimi təhlükəli sınaqlardan uğurla çıxar!

Adətən ilə yekun vuranda müxtəlif rəqəmlər gətirir, müqayisələr aparır, nəticələri göstərməklə uğurları sadalayırlar.

Amma xalqın deyimində çox yığcam, həm də əhatəli yekun-qiymət də var: DÜŞƏRLİ İL!

Ötən il də düşərli oldu!
Xoşbəxtlikdən son illərimizin hamısı düşərlidir!
2018-ci il uğurla başladı, bir sıra tarixi hadisələrlə yadda qaldı!

ƏVVƏLA, Azərbaycan xalqı növbəti dəfə öz seçimini etdi, 11 aprel 2018-ci ildə daha yeddi il müddətinə, həm də 86% səslə cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçdi!

Əslində, bu etimadı ilə növbəti illərdə də dövlətin inkişafına, iqtisadiyyatın güclənməsinə, xalqın rifahının yüksəlməsinə, müstəqil Azərbaycanın dünyada nüfuzunun artaraq mövqelərinin möhkəmlənməsinə inam və etibarını yenidən təsdiq etmiş oldu!

İKİNCİSİ, 28 may 2018-ci ildə müstəqil Azərbaycan 100 illik yubileyini təntənəli şəkildə keçirdi, dövlət başçısı İlham Əliyev 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyi barədə xüsusi sərəncam verdi!

DAHA SONRA:

* 15 sentyabr 2018-ci ildə "Azərbaycan” qəzeti 100 yaşını qeyd etdi!

* Daxili işlər orqanları, Azərbaycan Ordusu, ədliyyə sistemi də yubileylərini keçirdilər.

* 14 may 2018-ci ildə Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı işə salındı.

* 29 may 2018-ci ildə "Cənub qaz dəhlizi”nin təntənəli açılış mərasimi oldu.

* 12 iyun 2018-ci ildə TANAP istifadəyə verildi.

* 26 sentyabr 2018-ci ildə Azərbaycanın sayca üçüncü peyki "Azerspace - 2” orbitə buraxıldı.

* 19 oktyabr 2018-ci ildə "Star” neft emalı zavodunun açılışı oldu.

* İki dəfə - 26 iyun və 15 sentyabrda Bakının Azadlıq meydanında Azərbaycan-Türkiyə silahlı qüvvələrinin möhtəşəm hərbi paradı keçirildi!

Təkcə bir il ərzində baş tutan yubiley tədbirlərinin də, habelə həyat vəsiqəsi verilən nəhəng layihələrin də təşkilatçısı, ideya və baş müəllifi, maliyyəçisi və icraçısı cənab İlham Əliyevdir!

Müstəqil Azərbaycanı dünyaya yeni imicdə təqdim edən və sevdirən, dünya dövlətlərinin maraqlarını milli maraqlarımızla uzlaşdıran, əməkdaşlığın yeni formatlarının yaradıcısı olan Prezident İlham Əliyev!

***

Dünya Azərbaycan Prezidentini tanıyır, hörmət və ehtiramla yanaşır, gördüyü işləri yüksək dəyərləndirir.

Elə bu il ərzində Prezidentimizin fəaliyyətinə dünya məşhurlarının bir neçəsinin verdikləri qiyməti, söylədikləri fikirləri qısa şəkildə xatırladaq:

* Belarus Prezidenti Aleksandr Lukaşenko: "İlham Əliyev daim etibar edilməli olan əsl dostdur”.

* Serbiya Prezidenti Aleksandr Vuçiç: "İlham Əliyevin liderliyi ilə Azərbaycan böyük uğurlara imza atıb”.

* Ravvin Abraham Kuper (ABŞ): "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün dini icmaların dinc və sərbəst fəaliyyəti üçün şərait yaradılıb”.

* Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov: "Hiss edirəm ki, Prezident gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, Prezident İlham Əliyev Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir”.

* Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov: "Siz təkcə Azərbaycanda deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görürsünüz. Biz Sizin qardaşlıq münasibətləri qurduğunuzu, konfranslar keçirdiyinizi, təkcə dini liderləri deyil, bizim regionların rəhbərliyini də qəbul etdiyinizi və yalnız müsəlmanlar deyil, bütün konfessiyaları birləşdirdiyinizi görürük. Bu, çox qiymətlidir”.

***

Artıq 15-ci dəfədir ki, il uğurla başa çatır!
İlləri uğurlu və düşərli edən İlham Əliyevin düşünülmüş, uzaqgörən, hər addımı irəlicədən ölçülüb-biçilən siyasətidir!
Bu siyasət ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təmələ, alternativsiz siyasi kursa əsaslanır!
Bu siyasət dövrün, zamanın tələblərinə, Azərbaycan xalqının arzularının gerçəkləşməsinə, rifahının durmadan yüksəlməsinə xidmət edir!
Bu siyasət mahiyyətcə dövləti və milli maraqlara, ölkə qarşısındakı hədəflərə tezliklə çatmağa hesablanıb.
İşimiz daima uğurlu, illərimiz düşərli olsun!

Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM