04 Yanvar 2019 01:06
354
İQTİSADİYYAT
A- A+

İctimai nəqliyyatın işi ictimaiyyətin istəyinə uyğun qurulur


Ötən əsrin ortalarında salınan Sumqayıt bu gün, sözün həqiqi mənasında, inkişafının yeni mərhələsini yaşayır. Hələ sovet dönəmində sənaye şəhəri statusunu alan Sumqayıt hazırda bu adı layiqincə daşıyır. İndi şəhərdə elə sahə yoxdur ki, orada yeniliklərə imza atılmasın.

İstifadəyə verilən yeni sənaye müəssisələri minlərlə insanın iş yerinə çevrilir. Ümumiyyətlə, Bakının yaxınlığında yerləşən Sumqayıt paytaxtla sanki inkişaf yarışına girib. Üstəlik, respublikada qəbul edilən Sumqayıt üslubu var. Şəhərdə həyata keçirilən hər bir layihə beynəlxalq standartlara söykənir. Çünki onlar gələcəyə hesablanır.

Belə layihələrdən biri şəhər nəqliyyatında həyata keçirilir. İndi Sumqayıtda yolların hamısı, demək olar ki, işıqforlarla nizamlanır. Şəhərdə dayanacaqlar da təzələnib. Yaraşıqlı, külək və istidən sərnişinləri qoruyan yeni dayanacaqlarda hərəkətdə olan marşrutların nömrələri də qeyd edilib.

2018-ci ilin sonlarından başlayaraq şəhərə yeni avtobuslar gətirilib. Müasir avadanlıqlarla, o cümlədən kondisionerlə təchiz edilən həmin avtobuslar, əvvəlkindən fərqli olaraq, çox ciddi vaxt qrafiki ilə işləyir.

Məlum olduğu kimi, ictimai nəqliyyatın vacib problemlərindən biri də sürücü-sərnişin məsələsidir. Sürücülərlə sərnişinlər arasında yaranan xoşagəlməz halların qarşısını almaq məqsədilə şəhərdə maarifləndirmə işləri aparılır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ictimai nəqliyyat vasitələrində "Nəqliyyat könüllüləri” devizi altında maarifləndirici aksiyalar keçirilir. Sürücü və sərnişinlər arasında ictimai davranış qaydalarının təbliği, ictimai nəqliyyatda qarşılıqlı məsuliyyətin yaradılması və digər problemləri aradan qaldırmaq məqsədilə həyata keçirilən bu layihələr sumqayıtlılar tərəfindən razılıqla qarşılanır.

Maarifləndirmə işində müxtəlif sahələri təmsil edən fəal gənclər iştirak edirlər. Onlar müxtəlif istiqamətlərdə hərəkət edən marşrutlarda sərnişinlərlə söhbət aparır, davranış qaydalarını əyani şəkildə nümayiş etdirirlər. Könüllülər həmçinin sərnişinlərə şəhər nəqliyyatının inkişafını əks etdirən bukletlər paylayır, təmizlik və səliqə-sahmanla bağlı təbliğati informasiyalar verirlər. Təkcə son bir ayda könüllülər 30-dan çox marşrutda sərnişin və sürücülərlə söhbət aparmışlar.

Sumqayıt həm də turistlərin tez-tez qonaq olduqları şəhərdir. Könüllülər onlara şəhər haqqında məlumat verir, hətta getmək istədikləri ərazilərə yola da salırlar. Həmçinin yay və payız fəsillərində xüsusi şəhərarası turist turları təşkil edirlər.

Sumqayıt Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə aparılan bu təbliğat işinin nəticəsidir ki, son vaxtlar marşrutlarda heç bir hadisə baş verməmişdir. Gələcəkdə sərnişin-sürücü davranış qaydaları ilə bağlı bir neçə layihənin də həyata keçirilməsi nəzərdə tutulub.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video