03 Yanvar 2019 13:33
725
DÜNYA
A- A+

ABŞ Əfqanıstandakı hərbi kontingentini iki dəfə azaldacaq


ABŞ Əfqanıstandakı hərbi kontingentini iki dəfə azaltmağı planlaşdırır, lakin "Taliban” hərəkatına qarşı reydlər keçirmək üçün xüsusi təyinatlı qoşunların zərbə qruplarını ölkədə saxlamaq niyyətindədir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Pentaqonda olan mənbənin məlumatına əsasən, Əfqanıstandakı ABŞ və NATO qoşunlarının komandanı general-leytenant Skott Miller 8-12 ay müddətində 7 min amerikalı hərbçini geri qaytarmaq niyyətindədir.

Dekabrın sonlarında "The Wall Street Journal” qəzeti ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı qoşunların yarısını ölkədən çıxarmaq planını hazırlamaq barədə tapşırıq verdiyini yazmışdı. Sonradan Ağ evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidməti bu məlumatı təkzib etmişdi.

Rəsmi məlumata əsasən, hazırda Əfqanıstanda 14 min amerikalı hərbçi fəaliyyət göstərir. Onlar taliblərə qarşı əməliyyatlar təşkil edir və hərbçilərin təlimi ilə məşğul olur. Bundan əlavə, Əfqanıstanda NATO ölkələrinin 16 minlik hərbi kontingenti də dislokasiya olunub.

Xatırladaq ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun "Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. Əsasən Əfqanıstanın güc strukturlarının təlimi ilə məşğul olan missiya təhlükəsizliyin təmin edilməsi üzrə ABŞ, NATO və terror əleyhinə beynəlxalq qüvvələrin komandanlığı altında keçirilən hərbi əməliyyatları əvəzləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video