Alternative content

07:05 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV URS reytinqində Şəhriyar Məmmədyarov dünya üzrə beşincidir
URS reytinqində Şəhriyar Məmmədyarov dünya üzrə beşincidir
ANA SƏHİFƏ / İDMAN
16:26 02.01.2019

URS - "Grand chess tour” və Kasparov Fondu tərəfindən təsis edilmiş universal reytinq dərc edilib. Bu reytinqdə klassik şahmat, rapid və blits üzrə bütün yarışlarda çıxışların nəticələri nəzərə alınır.

AZƏRTAC xəbər verir ki, reytinq əmsalı 2792 olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya üzrə ilk onluqda beşinci yerdədir. İlk onluqda birinci yeri Norveç nümayəndəsi Maqnus Karlsen (2859) tutub. İkinci yerdə amerikalı şahmatçı Hikaru Nakamura (2806), üçüncü pillədə isə fransız Maksim Vaşye-Laqrav (2796) qərarlaşıblar.

Azərbaycan şahmatçılarından daha beş nəfər dünya üzrə ilk yüzlüyə daxildir – Teymur Rəcəbov (2750) 18-ci, Rauf Məmmədov (2713) 37-ci, Eltac Səfərli (2703) 45-ci, Arkadi Naydiç (2699) 48-ci, Qədir Hüseynov (2696) 54-cü yerdədir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM