02 Yanvar 2019 16:02
1122
İQTİSADİYYAT
A- A+

Ağsuda 1000 hektar ərazidə yeni aqropark salınır


Ağsu rayonunun Ərəbsarvan bələdiyyəsi ərazisində ümumi sahəsi 1000 hektar olan aqropark salınır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, "Ağsu Aqropark” QSC-yə məxsus aqroparkın ərazisinin 500 hektarında pilot suvarma sistemi qurulub. Hündürlüyü 4,5 metr olan bu qurğu yüksək həcmdə suvermə qabiliyyətinə malikdir. Pilot qurğu ilə suvarılan torpaqlarda əkiləcək qarğıdalı, arpa, yonca kimi yem bitkilərindən yüksək məhsul götürmək mümkün olacaq.

Aqroparkda 1000 başlıq südlük cins inək bəslənilməsi üçün 6 ədəd hər cür şəraiti olacaq tövlə tikilir. Burada il ərzində 4 milyon litr süd istehsalı nəzərdə tutulur. Habelə, yarıaçıq 4 ədəd tövlə də inşa olunur. Bu tövlələr kökəltmə istiqamətli 1000 baş cins heyvanın bəslənilməsi, ildə 600 ton ət istehsalı məqsədilə inşa edilir. Aqroparkın ərazisində iribuynuzlu mal-qaranın şirəli yemlə qidalandırılması üçün hər biri 1500 tonluq 6, hər biri 150 tonluq 10 silos quyusu tikilir. Burada istehsal gücü saatda 10 ton olan yem zavodu və istehsal gücü saatda 5 ton olan toxum fabriki də inşa olunur. Bundan başqa, ərazidə işçilər üçün ikimərtəbəli ofis və yeməkxana binası da tikilib.

Hazırda "Ağsu Aqropark” QSC-nin hesabında 40-a yaxın ən müasir maşın, traktor, kombayn, 100 vahiddən çox avadanlıqdan ibarət texnika parkı yaradılıb.

Aqroparkın gələn ilin may-iyun aylarında tam istifadəyə verilməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video