Alternative content

07:02 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Gücümüz həmrəyliyimizdir” devizi altında veloyürüş keçirilib
Bakıda “Gücümüz həmrəyliyimizdir” devizi altında veloyürüş keçirilib
ANA SƏHİFƏ / İDMAN
21:57 30.12.2018

Dekabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Velosiped İdman Klubunun təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbinin, Gənc Velosipedçilər İctimai Birliyinin və Azərbaycan Əlil Velosipedçilər Klubunun dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Gücümüz həmrəyliyimizdir” devizi altında kütləvi veloyürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, DTX-nın velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, Azərbaycan Əlil Velosipedçilər Klubunun təmsilçiləri, eləcə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Veloyürüş iştirakçıları "Azneft" meydanından start götürməklə Neftçilər prospekti ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.

İlin sonunda böyük həmrəylik və birlik nümayiş etdirən veloyürüş iştirakçıları tədbiri xatirə şəkli çəkdirməklə başa vurublar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM