29 Dekabr 2018 12:41
1534
Qəbullar
A- A+

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanın Braziliya ilə əlaqələrə böyük önəm verdiyini qeyd edərək ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Siyasi sahədə əlaqələrin qarşılıqlı anlaşmaya əsaslanaraq tarazlı şəkildə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ticari-iqtisadi əlaqələrin və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyi qeyd etdi. İki ölkə arasında aviasiya sahəsində əməkdaşlığa toxunan dövlətimizin başçısı, həmçinin mədəniyyət və turizm sahələrində də əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirdi.

Prezident İlham Əliyev Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza səfir kimi Azərbaycanda fəaliyyəti dövründə uğurlar arzuladı.

Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Braziliyanın dövlət başçısının salamlarını Prezident İlham Əliyevə çatdırdı və Azərbaycanda fəaliyyətə başlamasından böyük məmnunluq hissi keçirdiyini qeyd etdi.

Səfir ölkələrimiz arasında siyasi məsləhətləşmələrin aparıldığını qeyd edərək iqtisadi, ticarət və digər sahələrdə iki ölkənin mövcud potensialından istifadə edilməsi üçün səylərin artırılmasının zəruriliyi bildirdi. O, ümidvar olduğunu dedi ki, iqtisadi məsələlər üzrə ikitərəfli işçi qrupunun keçirilməsi nəzərdə tutulan növbəti iclası bu istiqamətdə əməkdaşlığın inkişafına töhfə verəcək.

Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsi üçün səylə çalışacağını bildirdi.

Prezident İlham Əliyev Braziliya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının çatdırılmasını xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video