29 Dekabr 2018 10:57
279
CƏMİYYƏT
A- A+

Fərqlənənlər mükafatlandırıldılar



Sumqayıt şəhərinin "Bəyaz Saray” şadlıq evində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli mərasim keçirilib.
Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2018-ci ildə respublikamızın regional və qlobal əhəmiyyəti və xalqımızın sosial rifahı daha da artmışdır. Rayonumuzun əhalisi də quruculuq prosesind yaxından iştirak etmişlər.
Qeyd olunmuşdur ki, məcburi köçkün ailələri daim dövlətin diqqət və qayğısını öz həyatlarında hiss edirlər. Məcburi köçkünlər üçün bu günlərdə Abşeron rayonu ərazisində və Sumqayıt şəhəri 12-ci mkrorayonunda 2000-dən artıq ailə üçün nəzərdə tutulmuş yeni şəhərciklər istifadəyə verilmişdir. Əvvəlki illərdə olduğu kimi, bu il də əhalinin aztəminatlı hissəsi, şəhid ailələri diqqətdə saxlanılıb. İl ərzində 180 yeni iş yeri açılıb. Son 15 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3 min 885-ə çatdırılıb. Rayon gəncləri, o cümlədən idmançılar bir sıra respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə, müxtəlif sahələrdə uğurlar qazanmışlar. Tədbirdə 9 nəfərə rayon icra hakimiyyətinin fəxri fərmanı, 2 müəllimə Təhsil Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və 3 müəllimə fəxri fərmanlar təqdim olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.


Akif ƏLİYEV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video