29 Dekabr 2018 10:09
412
SİYASƏT
A- A+

Çikaqo meri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bəyannamə imzalayıb


Çikaqo şəhərinin meri Ram Emanuel Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bəyannamə imzalayıb.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və bütün dünya azərbaycanlılarına ünvanlanmış bəyannamədə 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Qafqaz bölgəsinin iqtisadi qüvvəsinə çevrildiyi, regionda sülhün, tolerantlığın və multikulturalizmin bərqərar olmasını təmin etdiyi bildirilir.

Sənəddə qeyd edilir ki, dünya üzrə azərbaycanlıların sayı 50 milyon, ABŞ-da isə 400 minə yaxındır. Vurğulanır ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır, insan haqlarının və bəşəri dəyərlərinin yayılmasına öz töhfəsini verir.

Diqqətə çatdırılır ki, 2015-ci ildə Çikaqo şəhərində təsis olduqdan sonra ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi mədəniyyətlərin mübadiləsində, Çikaqo və Orta Qərb ştatlarında yaşayan azərbaycanlılarını birləşməsində, Çikaqonun Azərbaycan icması isə Azərbaycan-ABŞ əlaqələrinin möhkəmləndirilmsində mühüm rol oynayıb.

Ölkəmizin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrini möhkəmləndirmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi nəzərə alınaraq, 2018-ci il dekabrın 31-i Çikaqo şəhərində Azərbaycanlıların Həmrəylik Günü elan olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video