29 Dekabr 2018 01:36
1028
Qanunlar
A- A+

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

"Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 753) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.2.10-cu maddə əlavə edilsin:

"4.2.10. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, banka və ya digər kredit təşkilatına pul vəsaitlərinin tutulmasına dair tələblərin göstərildiyi icra sənədinin təsdiq olunmuş surətinin verilməsi.”.

2. 6-cı maddə üzrə:

2.1. 6.1-ci maddədə "Bu qanunun 6.4-cü maddəsində nəzərdə tutulan növbəlilik istisna olmaqla, eyni” sözləri "Eyni” sözü ilə əvəz edilsin;

2.2. 6.4-cü maddə ləğv edilsin.

3. 14.3-cü və 14.4-cü maddələr müvafiq olaraq 14.2-ci və 14.3-cü maddələr hesab edilsin.

4. 20.4-cü maddə (ikinci halda) 20.11-ci maddə hesab edilsin.

5. 21-ci maddə üzrə:

5.1. 21.1.1-ci və 21.1.3-cü (ikinci halda) maddələrdə "və ya” sözləri "və olduğu halda” sözləri ilə əvəz edilsin;

5.2. 21.1.8-ci maddədə "həcmi” sözündən sonra "(yuxarı həddi)” sözləri əlavə edilsin.

6. 23.2.2-ci maddədə "21.1.1-ci və 21.1.2-ci” sözləri "21.1.3-cü və 21.1.4-cü” sözləri ilə əvəz edilsin.

7. 27-ci maddədə ", yüklülüyə dəyişikliklər edilməsi və yüklülüyə xitam vermə” sözləri "və yüklülüyə dəyişikliklər edilməsi” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video