29 Dekabr 2018 01:26
1056
Təhsil
A- A+

“Fənlərin dostluğu” olimpiadasının qalibləri mükafatlandırıldı


"Hədəf” STEM liseyində "Fənlərin dostluğu” olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Olimpiada Təşkilat Komitəsinin nümayəndəsi Elvin Əliyev bildirdi ki, artıq 9-cu dəfədir keçirilən olimpiadada Bakı, Sumqayıt, Xırdalan şəhərləri də daxil olmaqla 10 müxtəlif bölgənin IX-X sinif şagirdləri iştirak edib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş bu yarışma hər il olduğu kimi, bu il də interaktiv şəkildə təsis edilib və məqsəd fənlərarası əlaqəni yoxlamaqdır.

Olimpiadanın ideya müəllifi, "Hədəf” STEM Liseyinin direktoru Şəmil Sadiq qeyd etdi ki, 10 il əvvəl təsis edilən bu olimpiadanın gələcəkdə türk dünyasının məktəbliləri arasında bir yarışmaya çevrilməsi üçün yeni layihə işlənilib. Bu olimpiadanın keçirilməsi fənlərarası əlaqəni inkişaf etdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, şagirdlərdə məntiqi təfəkkürün artırılması, onlara fənləri sevdirmək məqsədini güdür.

Tədbirdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Elm və təhsil komitəsinin üzvü Musa Quliyev Azərbaycanda təhsil sahəsində həyata keçirilən yeni islahatlara toxunaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri xüsusi diqqətin artıq öz töhfəsini verdiyini söylədi.

"Bu gün azərbaycanlı uşaqların səsi dünyanın hər yerindən gəlir. Bu da çox qürurvericidir” deyən Musa Quliyev qeyd etdi ki, Azərbaycanda təhsilin inkişafı üçün hər bir şərait yaradılıb: "Bizi savadlı millət kimi tanıyırlar. Təhsil sisteminin məqsədlərindən biri təhsilli, yüksək keyfiyyətli insan yetişdirməkdir. Düşünürəm ki, "Hədəf” liseyi Azərbaycan təhsilinə yenilik gətirib. Uşaqlar bizim gələcəyimizdir və o gələcəyin bünövrəsini indidən yaxşı təhsillə qoymalıyıq”.

Mərasimdə "Fənlərin dostluğu”na dair səhnəcik nümayiş etdirildikdən sonra olimpiadanın qalibləri olan 14 şagird mükafatlandırıldı. Onlara planşet, digər dəyərli hədiyyələr və sertifikatlar təqdim olundu.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video