28 Dekabr 2018 18:22
360
DÜNYA
A- A+

Bəhreyn Suriyadakı səfirliyinin işini bərpa etdi


Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra Bəhreyn Krallığı da Suriyadakı səfirliyinin işini bərpa etmişdir. Bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin saytı məlumat vermişdir.

Rəsmi Manama həmçinin Dəməşqlə münasibətləri davam etdirmək və Suriyada sabitliyin, onun suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanması üçün ümumərəb rolunun fəallaşmasının vacibliyini vurğulamışdır. Bundan əlavə, Bəhreyn Suriyanın daxili işlərinə regional müdaxilənin yolverilməz olduğunu qeyd etmişdir.

Qeyd edək ki, srağagün BƏƏ Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etmişdir. Səfirlik 2011-ci ildə Suriyada münaqişə başladıqdan sonra bağlanmışdı.

Bu hadisə gələn il Suriyanın Ərəb Dövlətləri Liqasında üzvlüyünün bərpa olunacağı ilə bağlı müzakirələr fonunda baş vermişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video