Alternative content

21:58 16 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə “Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı olub
Milli Məclisdə “Azərbaycan parlamentarizmi tarixi” kitabının təqdimatı olub
ANA SƏHİFƏ / PARLAMENT
18:13 28.12.2018

Dekabrın 28-də Milli Məclisdə "Azərbaycan parlamentarizmi tarixi” adlı ikicildlik kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan kitabın həmmüəllifi, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, 2018-ci ili vacib və əhəmiyyətli edən onun 100 illik yubileylərlə zəngin olmasıdır. Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd olundu. İl ərzində həm ölkəmizdə, həm də xaricdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində çoxsaylı yubiley tədbirləri keçirildi. Bu yüz ilin hər günündə əldə etdiyimiz uğurlar, rastlaşdığımız çətinliklər, həyatımızın ən vacib dövrləri və bu dövrlərdə xalqımızın, dövlətimizin atdığı addımlar, ictimai-siyasi şərait və müqəddəs xəyallarımızın gerçəkliyə çevrilməsi istiqamətindəki səylərimizə qarşı yönəlmiş cəhdlər barədə çoxlu müzakirələr aparıldı, dəyərləndirmələr edildi. Dövlətimiz, xüsusilə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin yüksək səviyyədə qeyd olunması üçün lazımi addımlar atıb. Azərbaycan parlamenti də Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyinin yüksək səviyyədə qeyd olunmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bütün işləri görüb.

Qeyd edilib ki, Azərbaycan xalqı müstəqillik uğrunda istək və arzularını reallaşdırmaq, onun nəticəsi olan müstəqil dövləti qurmaq üçün böyük yol keçib, bütün çətinliklərə fədakarlıqla sinə gərib, ləyaqətlə yaşamaq haqqının olduğunu dünyaya sübut edib, bu gün müstəqil, qətiyyətli siyasət yeridən bir dövlətin xalqı olduğunu göstərib.

"Azərbaycan parlamentarizmi tarixi” kitabının önəmini vurğulayan Bahar Muradova deyib ki, kitabın tədqiqat obyekti Azərbaycan xalqının keçdiyi şərəfli yol, qərarların qəbulu ənənəsi, qədim dövrdə bu ənənələrin yaranmasından tutmuş ötən əsrə qədər keçən dövr, Cümhuriyyətin yaranması, sovet dövrü, həmin dövrdə dəyişən şərtlər çərçivəsində, daha sonra isə 1991-ci ildə ölkəmizin müstəqilliyinin bərpasından sonra Azərbaycan parlamentinin keçdiyi yoldur. "Müəlliflər olaraq məqsədimiz Azərbaycanda tarixən qərarların qəbul edilməsi ənənəsini öyrənmək, parlamentin dövlət idarəçiliyi sistemində tutduğu yeri, oynadığı rolu dəyərləndirmək, eləcə də bu günə qədər bu sahədəki elmi-nəzəri tədqiqatları, mövqeləri özündə əks etdirən ümumiləşmiş tədqiqat əsəri ortaya qoymaq idi. Kitabın birinci cildi qədim dövrdən 1991-ci ilə qədər, ikinci cildi isə 1991-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edir. Bu kitab gələcək elmi-tədqiqat əsərlərinin yaradılması üçün mühüm mənbə ola bilər. Kitab bu sahədə əldə olunmuş nailiyyətləri özündə birləşdirən ümumiləşmiş əsərdir”, - deyə Bahar Muradova söyləyib.

Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, deputat, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, deputat, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu çıxışlarında vurğulayıblar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin qeyd olunması və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları onun dövlətçilik tariximizə, xüsusilə də Cümhuriyyət tarixinə verdiyi yüksək qiymətin ifadəsidir. Eyni zamanda, bu sərəncamlar Cümhuriyyət qurucularının xatirəsinə ehtiramı da dövlət səviyyəsində ifadə edir. Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı hər iki sərəncam ölkəmizdə müstəqillik, milli dövlətçilik təfəkkürünün daha da möhkəmlənməsinə, inkişaf etdirilməsinə xidmət edir. Bu sərəncamlar mühüm siyasi və tarixi əhəmiyyətə malikdir. Həmin sərəncamlara əsasən ölkəmizdə və xaricdə genişmiqyaslı tədbirlər həyata keçirildi. Bu tədbirlərin içərisində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclası və bu gün təqdimatı olan "Azərbaycan parlamentarizmi tarixi” kitabının işıq üzü görməsini xüsusi qeyd etmək lazımdır.

Bildirilib ki, parlamentarizmin tarixi, Azərbaycanda parlament ənənəsi haqqında ilk dəfədir kitab dərc olunub. "Azərbaycan parlamentarizmi tarixi” kitabı ölkəmizdə mili parlamentarizmin tarixinə və inkişaf yoluna həsr olunan birinci kitab kimi böyük əhəmiyyətə malikdir. Nəşrlərdə Azərbaycan parlamentarizminin tarixi təkcə 100 il bundan əvvəl Cümhuriyyət qurucularının yaratdığı parlamentin tarixi ilə əlaqəli şəkildə göstərilməyib. Müəlliflər, həmçinin ölkəmizdə parlamentarizmin qədim tarixi ənənələrə malik olduğunu göstərmək üçün ilk dəfə olaraq bu istiqamətdə dərin, sistemli tədqiqatlar aparıblar.

Kitabın həmmüəllifi, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, bu kitab Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə bir töhfədir. Azərbaycanda ilk dəfə olaraq parlamentarizm tarixi haqqında kitab nəşr olunub. Bu kitabda göstərilir ki, ölkəmizdə qərarların qəbul edilməsinin ənənələri olub. Nəşrdə parlamentin keçdiyi yol, xalqımızı düşündürən problemlər və onların həlli məsələləri əksini tapıb.

Kitabın digər həmmüəllifi, AMEA-nın aparici elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov deyib ki, Azərbaycan xalqının müstəqilliyinə, suverenliyinə qarşı 100 il ərzində həyata keçirilən bütün cəhdlər uğursuzluğa düçar olub. O qeyd edib ki, "Azərbaycan parlamentarizmi tarixi” kitabı Cümhuriyyətin 100 illiyinə töhfə olaraq işıq üzü görüb.

Qeyd edək ki, "Azərbaycan parlamentarizmi tarixi” kitabı Azərbaycan Respublikası Milli Məclisinin sifarişi ilə hazırlanıb. Kitabın elmi məsləhətçisi və redaktoru Milli Məclisin sədri Oqtay Əsədov, müəllifləri AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Milli Məclisinin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradova, AMEA-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM