28 Dekabr 2018 12:11
353
DÜNYA
A- A+

Mişel Obama ABŞ-da “İlin qadını”, Barak Obama isə “İlin kişisi” seçiliblər



Birləşmiş Ştatların ən nüfuzlu "Gallup” ictimai rəyin öyrənilməsi institutunun keçirdiyi sorğu nəticəsində Mişel Obama ABŞ-da "İlin qadını”, Barak Obama isə "İlin kişisi” seçiliblər.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, Mişel Obama 17 il ard-arda bu ada layiq görülən keçmiş dövlət katibi Hillari Klintonu geridə qoya bilib. Rəy sorğusunda ikinci yeri teleaparıcı və aktrisa Opra Uinfri, sonrakı yerləri Hillari Klinton, ABŞ-ın birinci xanımı Melanya Tramp və Kraliça Yelizaveta tutublar. Böyük Britaniya kraliçası 50 ildir ki, "Gallup”ın rəy sorğusunda ilk onluqda yer alır.

"İlin kişisi” adına isə ABŞ-ın 44-cü Prezidenti Barak Obama layiq görülüb. "Gallup” institutunun siyahısında sonrakı yerləri ABŞ Prezidenti Donald Tramp, sabiq Prezident Corc Buş (oğul), Roma Papası Fransisk və milyarder Bill Qeyts tutublar.

"Gallup” 1946-cı ildən bəri ABŞ-da "İlin qadını” və "İlin kişisi”ni müəyyən etmək üçün rəy sorğusu keçirir. Hazırkı rəy sorğusu dekabrın 3-dən 12-dək ölkənin bütün ştatlarında aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video