28 Dekabr 2018 01:28
263
İQTİSADİYYAT
A- A+

Ucqar dağ kəndinə təbii qaz verilib


Lənkəran rayonunun ucqar dağlıq yaşayış məntəqələrindən olan Mollakənd kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH), "Azəriqaz” İstehsalat Birliyinin, aidiyyəti xidmət sahələrinin əməkdaşları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov son illər ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlərdən, əhalinin maddi güzəranının, həyat səviyyəsinin gündən-günə yaxşılaşmasından danışıb. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının Lənkəranda da uğurla icra olunduğunu qeyd edən T.Qaraşov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində kəndə ilk dəfə təbii qaz çəkilişinin əlamətdar bir hadisə olduğunu vurğulayaraq sakinləri təbrik edib.

Mərasimdə çıxış edən yerli sakinlər bu qış günlərində evlərinə mavi yanacağın verilməsinə bu işdə əməyi olan bütün insanlara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 250 abonenti olan Mollakənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15,2 min metr müxtəlif diametrli polietilen, polad borularla daşıyıcı, həmçinin paylayıcı qaz xətləri çəkilib, evlərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video