27 Dekabr 2018 23:44
330
İQTİSADİYYAT
A- A+

“Gömrük-media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüş olub


Dekabrın 27-də Dövlət Gömrük Komitəsində "Gömrük-media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev XIX əsrin ikinci yarısında yaranan milli mətbuatımızın milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği və qorunmasında, dövrün müasir dəyərlərinə inteqrasiya prosesində mühüm rol oynadığını, istər XX əsrin əvvəllərində, istərsə də sonunda müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı mərhələlərində prinsipial mövqe nümayiş etdirdiyini söyləyib.

Komitə sədri vurğulayıb ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev və onun ideyalarının sadiq daşıyıcısı Prezident İlham Əliyev daim media qurumlarının, jurnalistlərin problemlərinə həssaslıqla yanaşıb, milli mətbuatımızın inkişafı üçün xüsusi proqram və layihələr həyata keçirib, onların ən yaxın dostu olublar.

Bu gün medianın cəmiyyətdəki roluna toxunan S.Mehdiyev qeyd edib ki, istisnalar xaricində, Azərbaycan mətbuatı bu istiqamətdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, dövlətimizin möhkəmlənməsi, xalqımızın rifah halının yaxşılaşması istiqamətində görülən işlərə töhfəsini verir.

Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin media ilə münasibətlərindən nümunə götürərək Dövlət Gömrük Komitəsinin də daim milli mətbuata qarşı həssas yanaşmağa, media ilə səmərəli və işgüzar əməkdaşlıq əlaqələri qurmağa səy göstərdiyini vurğulayan komitə sədri bu baxımdan dördüncü hakimiyyət sayılan medianın da ölkəmizin gömrük orqanlarına qarşı adekvat münasibət göstərdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində uğurla reallaşdırılan innovativ islahatlardan da bəhs edən S.Mehdiyev bu prosesə media qurumlarının peşəkar və təmənnasız dəstəyinin gömrük-media münasibətlərinin sağlam əməkdaşlıq platformasında formalaşması ilə yanaşı, həm də şəffaflığın təmin olunmasına, islahatların daha sürətli və səmərəli şəkildə reallaşmasına şərait yaratdığını bildirib.

Sonra Azərbaycan Gömrük Xidmətinin gələcək hədəflərindən danışan komitə sədri gömrük-media münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov son dövrlərdə gömrük orqanları ilə jurnalistlər arasındakı görüşlərin mütəmadi xarakter aldığını, bunun da gömrük orqanlarındakı şəffaflığın bariz nümunəsi olduğunu bildirib. O, gömrük orqanlarının jurnalistlər üçün təşkil etdiyi təlim və seminarların əhəmiyyətindən də danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli gömrük-media münasibətlərindən bəhs edib. O, bu münasibətlərin səmərəli və işgüzar əməkdaşlıq zəminində formalaşmasında gömrük orqanlarının xüsusi rol oynadığını diqqətə çatdırıb.

"Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov isə gömrük orqanlarının səmərəli fəaliyyəti barədə danışıb və bunun gömrük-media münasibətlərində də öz əksini tapdığını bildirib.

Daha sonra görüşün digər iştirakçıları da gömrük orqanları ilə media arasındakı münasibətlərdən və bu münasibətlərin ümumi işə faydasından bəhs ediblər.

Görüşdə DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatlar, onların əhəmiyyəti və gömrük orqanlarının gələcək hədəflərindən bəhs edən təqdimatla çıxış edib. Eyni zamanda, media nümayəndələrinə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin fəaliyyəti barədə məlumat verilib.

Sonda media qurumlarının rəhbərlərinin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video