27 Dekabr 2018 17:02
270
DÜNYA
A- A+

ABŞ qoşunlarını İraqdan çıxarmayacaq


ABŞ qoşunlarını İraqdan çıxarmağı planlaşdırmır. Bu barədə İraqın qərbində, Ənbar əyalətində "Eyn əl-Əsəd” bazasında amerikalı hərbi qulluqçularla görüşündə ABŞ Prezidenti Donald Tramp məlumat vermişdir.

Tramp İraqa palanlaşdırılmamış səfər etmişdir. Prezidentin dediyinə görə, səfərin məqsədi amerikalı hərbi qulluqçularla görüşməkdir.

ABŞ Prezidenti İraqda yüksək vəzifəli hərbçilərlə görüşmüş, ölkənin Baş naziri Adil Əbdülmehdi ilə telefonla danışmışdır.

Tramp demişdir ki, Vaşinqton qoşunlarını İraqdan çıxarmağı planlaşdırmır və ABŞ Suriyada nə isə etmək istəsə, İraqdakı bazasından istifadə edə bilər. Amerika qoşunlarının Suriyadan çıxarılması qərarını şərh edən Tramp vurğulamışdır ki, bu qərarın doğru olmasına əmindir və prosesi başa çatdırmaq niyyətindədir. Ağ evin başçısı qeyd etmişdir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD-in Suriyadakı qalıqlarını məhv etməyə razılıq vermişdir. "Region ölkələri fəallaşmalı və öz gələcəkləri üçün üzərlərinə daha böyük məsuliyyət götürməlidir. ABŞ bundan sonra dünya jandarmı rolu oynamayacaq” deyə Tramp vurğulamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video