27 Dekabr 2018 16:17
361
CƏMİYYƏT
A- A+

Qarabağ müharibəsində həlak olmuş Quba-Qusar batalyonunun əsgərlərinin xatirəsi anılıb


Dekabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Quba-Qusar batalyonunun əsgərlərinin xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, Qarabağ müharibəsinin veteranları, əlilləri və şəhid ailələrinin üzvləri, eləcə də rayon rəsmiləri Qubadakı Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının məzarlarını ziyarət ediblər. Veteranlar həlak olan silahdaşlarının məzarları önünə gül dəstələri düzüblər.

Rayon mədəniyyət evində davam etdirilən toplantıda bildirilib ki, Quba-Qusar batalyonu ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra yaradılıb. Quba-Qusar batalyonunun tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlu daxil olub. Ermənistanın hərbi qüvvələrinə qarşı amansız döyüşlərə atılan batalyonun üzvləri cəbhə bölgəsində qəhrəmanlıqları ilə ad çıxarıblar.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Xudaverdiyev, Quba-Qusar batalyonunun təşkilatçısı, rayonun keçmiş prokuroru Əli Eyvazov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayon bölməsinin sədri İsmayıl Babayev və başqaları batalyonun keçdiyi döyüş yolundan söz açıblar.

Diqqətə çatdırılıb ki, 1993-cü il dekabrın 27-də şiddətli döyüşdə batalyonun 7 qəhrəman əsgəri şəhid olub. Ümumilikdə Qarabağ müharibəsində Quba-Qusar batalyonu 40-a yaxın şəhid verib, 7 nəfər itkin düşüb, 90 nəfər yaralanıb.

Tədbirdə çıxış edən veteran döyüşçülər Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video