27 Dekabr 2018 16:13
1008
Məktublar
A- A+

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin respublikaya rəhbərliyiniz dövründə Azərbaycan özünün çoxəsrlik ənənələrini qoruyub saxlayan və zəngin mədəniyyətini daha da zənginləşdirən dinamik və yüksək inkişaf etmiş ölkə statusunda bərqərar olub. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi işində Sizin xidmətləriniz təqdirəlayiqdir. Ölkələrimizin xalqları Azərbaycan ilə Rusiya arasında hərtərəfli əlaqələrin inkişafına Sizin töhfənizi yüksək qiymətləndirir.

Bu əlamətdar gündə Sizin valideynlərinizi – ananız Zərifə xanımı və Azərbaycan xalqının ümummilli lideri, ölkəni tarixi fəlakətdən xilas etmiş atanız Heydər Əlirza oğlu Əliyevi ehtiramla xatırlayırıq.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyim.
Bütün ailənizə və ilk növbədə Mehriban xanıma ehtiramımı bildirirəm.
Səmimiyyətlə,


Mixail Şvıdkoy
Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video