27 Dekabr 2018 11:23
511
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə RAGB Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri Leyla Əliyevanın adından iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. O, təşkilatın 2018-ci ildə gördüyü işlər barədə məlumat verərək vurğulayıb ki, sıraları ildən-ilə genişlənən RAGB yola saldığımız ildə də bir sıra maraqlı layihələr həyata keçirib. E.Hacıyev təşkilatın işində fəal iştirak edən gənclərə təşəkkürünü bildirib.

Akademik Fazil Qurbanov Rusiyadakı Azərbaycan diasporu adından RAGB üzvlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. O, son illər ölkəmizdə əldə olunan nailiyyətlərdən bəhs edib. Akademik Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verən RAGB-nin fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın fəaliyyəti Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gəlməsi, elm, təhsil, yaradıcılıq üzrə layihələrin, həmçinin ictimai təşəbbüslərin reallığa çevrilməsi baxımından əvəzolunmazdır.

Rəsmi hissədən sonra milli mahnı və rəqslərimizdən ibarət konsert olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video