26 Dekabr 2018 23:08
845
Mədəniyyət
A- A+

Elbay Qasımzadəyə həsr olunmuş “Memar” sənədli filminin təqdimatı olub


Dekabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar memar, Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadənin 70 illik yubileyi münasibətilə ekranlaşdırılmış "Memar” sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə dövlət və hökumət üzvləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Əməkdar memar Elbay Qasımzadənin görkəmli ictimai xadim olduğunu, memarlıq sənətinə böyük töhfələr verdiyini bildirib. Qeyd edib ki, onun layihələndirdiyi memarlıq nümunələri Bakımızın gözəlləşməsinə, onun yeni rakursda inkişafına böyük təkan verib.

Nazir deyib: "Həm memar kimi, həm də ictimai xadim kimi, hansı sahədə çalışmasından asılı olmayaq o, bacarığını həmişə göstərib. Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə dövlət əhəmiyyətli bir çox layihələrin memarı olub. Dövlətimizin başçısı da onun əməyini yüksək qiymətləndirərək Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Qasımzadənin "Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bu mükafat təkcə Elbay Qasımzadəyə deyil, bütün Azərbaycan memarlığına verilən bir qiymətdir”.

Sonra nazir "Şərəf” ordenini memara təqdim edib.

Rəhbərlik etdiyi qurumun Azərbaycan Memarlar İttifaqı ilə sıx əməkdaşlığından söhbət açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, onlar gördükləri bir çox işlərdə Elbay Qasımzadənin tövsiyələrindən, məsləhətlərindən yararlanırlar. Elbay Qasımzadə yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də yaxşı tanınır, beynəlxalq memarlar təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında, Azərbaycan memarlığının xarici ölkələrdə tanınması istiqamətində mühüm işlər görür.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Elbay Qasımzadənin təkcə memar kimi deyil, həm də pedaqoq kimi gənc memarların yetişməsində böyük xidmətlər göstərdiyini vurğulayıb. O, bu sahədə işlərini bu gün də davam etdirir. Öz bilik və bacarığını gənc memarlarla bölüşür, onlara yol göstərir, tövsiyələrini verir.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov E.Qasımzadənin harada işləməsindən asılı olmayaraq, həmişə bacarığı, səriştəsi ilə hamıya nümunə olduğunu bildirib. Hər zaman nümunəvi bir memar kimi tanındığını söyləyib. Memarlar İttifaqı ilə sıx əməkdaşlıq etdiklərini və Elbay Qasımzadənin təcrübəsindən bəhrələndiklərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə onun memarlıq sənətinə verdiyi töhfələri yüksək dəyərləndirib.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin katibi Fərhad Mollazadə çıxışında Elbay Qasımzadəni çoxşaxəli memar kimi xarakterizə edib. Onun nəinki ölkəmizdə, həm də dünyada tanındığını bildirib.

Tədbirdə Elbay Qasımzadəyə müxtəlif qurumlar adından fəxri fərmanlar təqdim olunub.

Sonra "Memar” sənədli filmi nümayiş etdirilib.

Sonda Elbay Qasımzadə çıxış edərək göstərilən diqqətə görə ölkə başçısına minnətdarlığını bildirib. Deyib ki, bu təkcə onun əməyinə deyil, bütünlükdə ölkəmizdə memarlara və memarlığın inkişafına verilən qiymətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video