Alternative content

14:18 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının sədri Vaqif Məmişovdan
“Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının sədri Vaqif Məmişovdan
ANA SƏHİFƏ / Məktublar
20:45 26.12.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə "Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatı Şurasının bütün üzvləri adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin əzmkarlıqla qəbul etdiyiniz qərarlar sayəsində Azərbaycan Respublikasının müasir simasını formalaşdıran bir sıra çox mühüm dəyişikliklər həyata keçirilib. Siz dövlət başçısı olduğunuz müddətdə Azərbaycanda milyonlarla həmvətəninizin səmimi rəğbətini və hörmətini, habelə xaricdə böyük nüfuz qazanmısınız. Sizi, haqlı olaraq güclü lider, müdrik siyasi xadim və istedadlı dövlət xadimi nümunəsi hesab edirlər. Rusiyada Sizi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əməkdaşlığının bütün kompleksinin genişləndirilməsinin davamlı tərəfdarı kimi tanıyırlar. Şəxsən Sizin dəstəyinizlə energetika, sənaye və infrastruktur sahələrində iri müştərək layihələr həyata keçirilir, ölkələrimizin ictimai strukturları və biznes cəmiyyətləri xətti ilə intensiv dialoq aparılır.

Bu il dekabrın 6-da Sankt-Peterburqda Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram. Etimada əsaslanan maraqlı ünsiyyətimizi davam etdirməyə şad olaram, bunu özümə şərəf sayaram.

Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, sülh və firavanlıq, Azərbaycan dövlətinin və xalqının rifahı naminə yeni uğurlar, zəfərlər arzu edirəm.

Hörmətlə,


Vaqif Məmişov
"Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti”
Şəhər İctimai Təşkilatının sədri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM