26 Dekabr 2018 20:39
308
SİYASƏT
A- A+

ABŞ və Ukrayna vətəndaşının adı Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısından çıxarılıb


Amerika Birləşmiş Ştatları və Ukrayna vətəndaşı, Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru Sergey Konoplyov Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sergey Konoplyov məktubunda işğal edilmiş Azərbaycan ərazilərinə Azərbaycanın razılığı olmadan 2012-ci ildə səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazır. O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı hörmətsizlik anlamı daşımadığını vurğulayır.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Sergey Konoplyov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərinin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirir.

O, işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini, gələcəkdə Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməyəcəyini vurğulayır.

Həmçinin Sergey Konoplyov gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edir.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video