Alternative content

02:29 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
00:16 19.07.2019 Hicran yaşı...
00:15 19.07.2019 Artemida məbədi
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
ANA SƏHİFƏ / İDMAN
16:30 26.12.2018

Dekabrın 26-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2018-ci il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək 2018-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir vurğulayıb ki, il ərzində federasiyalarla birlikdə ölkəmizdə 225 yerli, 58 beynəlxalq turnir keçirilib. Bundan başqa, 236 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Hesabat ilində Azərbaycan idmançıları dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə 753 medal qazanıblar. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı bürüncdür. Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında idmançılarımız 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

A.Rəhimov, həmçinin diqqətə çatdırıb ki, il ərzində nazirliyin dəstəyi ilə gənclər sahəsində 183 tədbir keçirilib. Onların 165-i yerli, 18-i isə beynəlxalq səviyyəli olub. Həmçinin 246 nəfər xarici ölkələrə ezam olunub, min nəfər isə Azərbaycan Respublikasında qəbul edilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmana göstərilən dövlət və qayğısından danışıb və idmançılarımızın cari ildəki çıxışınlarını yüksək qiymətləndirib. Ç.Hüseynzadə deyib ki, son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bütün dünyaya bir daha göstərib.

Sonra müxtəlif nominasiyalar üzrə 2018-ci ilin ən yaxşıları mükafatlandırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM