26 Dekabr 2018 16:27
354
DÜNYA
A- A+

Tailandda tibbi marixuana qanuniləşdirildi


Tailand Milli Assambleyası marixuanadan tibbi məqsədlərlə istifadəni yekdil qərarla qanuniləşdirmişdir. Bu barədə səsvermə ərəfəsində parlamentdə çıxış etmiş Baş nazirin müavini, ədliyə naziri Praçin Çantonq bildirmişdir.

Çantonqun dediyinə görə, yeni qanun xroniki ağrılardan əziyyət çəkən adamlara yüngüllük gətirəcək. Hökumət tibbi marixuananın istehsalı qaydasını tənzimləməlidir.

Tailand Cənub-Şərqi Asiyada marixuanadan dərman kimi və elmi tədqiqat üçün istifadəyə icazə verilən ilk ölkədir. Narkotik maddənin saxlanması və satışı qadağan edilmişdir.

Qeyd edək ki, bundan əvvəl, dekabrın 11-də tibbi marixuanadan istifadə Yeni Zelandiyada qanuniləşdirilmişdir. Böyük Britaniyada marixuananın tibbi məqsədlərlə alınması və istifadə olunmasına noyabrın 1-dən icazə verilmişdir. Kanada "Böyük yeddilər”in ilk ölkəsidir ki, orada oktyabrın 17-də marixuananın tamamilə leqallaşdırılması haqqında qanun qüvvəyə minmişdir. İyun ayında tibbi marixuananın leqallaşdırılması haqqında qanun layihəsi Portuqaliya parlamentində qəbul olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video