Alternative content

05:29 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmlər doktoru Fərhad Turanlıdan
Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmlər doktoru Fərhad Turanlıdan
ANA SƏHİFƏ / Məktublar
16:06 26.12.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident.
Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Xaricdə ictimai, elmi və lobbiçilik fəaliyyəti göstərən vətənpərvər soydaşlarımız əmindirlər ki, Sizin müdrik siyasətiniz nəticəsində Vətənimiz daha böyük uğurlar əldə edəcək, birliyimiz güclənəcək.

2001-ci ildə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərimizin bütün azərbaycanlıları birliyə çağırması, tarixi Vətənimizi unutmamağımızı, zəngin və qədim mədəniyyətimizi ləyaqətlə təmsil etməyimizi, Azərbaycan dilinin mükəmməl öyrənilməsi və öyrədilməsini tövsiyə etməsi soydaşlarımızı milli fikir ətrafında birləşdirən ən güclü amillərdən biri oldu. Onun Gülüstan sarayında qurultay iştirakçılarına söylədiyi "İnsan Vətəndə doğma torpağından, qürbətdə isə birliyindən qüvvət alır” müdrik kəlamının dərin mənası və böyük əhəmiyyəti var.

Hörmətlə,

Fərhad Turanlı
Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmləri doktoru


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM