26 Dekabr 2018 01:58
2025
ELANLAR
A- A+

AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2018 - Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.

Azərbaycan İnternet Forumu tərəfindən artıq ənənəvi olaraq hər il keçirilən Milli Net müsabiqəsinin bu il sayca 10-cu yubiley tədbiri baş tutub. Artıq ikinci ildir ki, AzerTelecom şirkətinin baş sponsorluğu ilə keçirilən Milli Net müsabiqəsinin qaliblərinin yekun təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin, İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin və media qurumlarının nümayəndələri iştirak ediblər.

Oktyabr ayında start verilmiş Milli Net 2018 müsabiqəsinə 19 nominasiya üzrə 406 internet resurs təqdim edilib. Bu resurslardan yalnız qaydalara uyğun olan 300 resurs (saytlar, mobil tətbiqlər və sosial media resursları) müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Onların arasından isə ən yaxşıları olan 105 resurs nominant statusu alıb, ikinci səsvermə prosesində yekun qaliblər müəyyən olunub və təqdimat mərasimində elan edilib.

Tədbirdə çıxış edən AzerTelecom şirkətinin Satış və Tərəfdaşların İdarə olunması üzrə direktoru Ləman Abasbəyli bildirib ki, Milli Net müsabiqəsinin keçirildiyi 10 il ərzində layihə Azərbaycanda uğurlu milli internet resursların aşkarlanması və ictimaiyyətə tanıdılmasında, eləcə də internetdə ana dilimizin tətbiqinin genişləndirilməsində mühüm rol oynayıb, səmərəli bir platformaya çevrilib. O qeyd edib ki, bu il həm də AzerTelecom şirkətinin 10 illik yubileyidir və bu əlamətdar halın Milli Net-in 10 illiyi ilə üst-üstə düşməsi də çox sevindirici bir haldır. "AzerTelecom şirkəti hər zaman cəmiyyətdə innovasiyaların tətbiqi, maarifləndirici, milli resursların, elm və təhsilin inkişafı ilə əlaqəli ən mühüm layihələri dəstəkləyib və bu, gələcəkdə də şirkətin fəaliyyətində əsas istiqamətlərdən biri olaraq qalacaqdır"- deyə Ləman Abasbəyli bildirib.

Təqdimat mərasimində çıxış edən digər şəxslər də Milli Net tədbirinin əhəmiyyətini vurğulayaraq layihənin milli resursların inkişafına verdiyi töhfədən bəhs ediblər.

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxaql tranzit, DDoS hücumdan müdafiə, VPN, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video