26 Dekabr 2018 01:57
2355
ELANLAR
A- A+

“Azərenerji” ASC sistemtəşkiledici xətləri və yarımstansiyaları da yenidən qurur


"Azərenerji” ASC-nin balans mənsubiyyətinə aid olan elektrik stansiyaları ilə yanaşı, ötürücü xətlər və yarımstansiyalarda da kompleks tikinti, bərpa və yenidənqurma işlərinə başlanılıb.

Daha dəqiqi "Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq aparılan təftişdən sonra aşkar edilən nöqsan və nasazlıqların aradan qaldırılması, istismar müddətini başa vuran hissələrin dəyişdirilməsi istiqamətində işlər həyata keçirilir.

İlkin mərhələdə sistemtəşkiledici 110 kV-luq ikidövrəli "8-ci” km hava xətlərinin 3-cü və 4-cü xətlərində istismara yararsız naqillər, izolyatorlar dəyişdirilib, hava xəttinin dayaqları təmir edilib. Eyni zamanda, 110 kV-luq 1-ci "Xırdalan”, 110 kV-luq 2-ci "Maştağa”, 220 kV-luq "Zabrat” hava xətlərində yenidənqurma işləri aparılıb.

Respublikanın bölgələrində də işlər həyata keçirilməkdədir. Belə ki, 220 kV-luq 6-cı "Masallı”, 110 kV-luq 2-ci "Salyan”, 110 kV-luq 3-cü "Sabirabad” hava xətlərində istismar müddətini başa vuran dayaq və naqillər dəyişdirilib. Elektrik verilişi xətləri ilə yanaşı, yarımstansiyaların da müasirləşdirilməsi sürətlə davam edir. Yarımstansiyalarda ifrat yüklənən transformatorların yeniləri ilə əvəz olunması məqsədilə sifariş edilən 13 ədəd transformatorun quraşdırılmasına başlanılıb. "Əhmədli”, "Zabrat”, "135 Saylı, "Sumqayıt-2”, "Sulfanol” və "Kimyaçılar” yarımstansiyalarında quraşdırılan transformatorların hesabına 400 MVA-ya yaxın güc artımına nail olunacaq.

Qeyd edək ki, davamlı şəkildə gerçəkləşdirilən tədbirlər ölkə enerji sisteminin təhlükəsiz və dayanıqlı iş rejimində fəaliyyət göstərməsi və iyul ayında baş verən enerji böhranının təkrarlanmaması üçün vacib əhəmiyyət kəsb edir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video