25 Dekabr 2018 22:32
872
Məktublar
A- A+

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüz münasibətilə Zati-alinizi xalqım, hökumətim adından və şəxsən öz adımdan ən səmimi hisslərlə və arzularla təbrik edirəm.

Bir tərəfdən öz gücünü ortaq dil, tarix və mədəniyyətimizdən alan qardaşlıq əlaqələrimizin, digər tərəfdən də Azərbaycan Respublikasının qətiyyətli rəhbərliyinizlə gündən-günə inkişaf edərək gücləndiyini məmnunluqla müşahidə edirəm. Türkiyə Respublikası və Azərbaycan Respublikası hər keçən gün bir-birinə daha da yaxınlaşmaqda və əlaqələrimiz güclənməkdədir.

Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan Milli Məclisinin və Qafqaz İslam Ordusunun 100-cü ildönümünü qeyd etdiyimiz bu ildə strateji tərəfdaşlıq səviyyəsindən də daha yüksək səviyyəyə çatdırdığımız əlaqələrimizin rəmzi olan TANAP və "Star” neft emalı zavodu kimi böyük layihələri həyata keçirməyimizdə Zati-alinizin uzaqgörən liderliyinin və mühüm töhfələrinin oynadığı rolu son dərəcə əhəmiyyətli hesab etdiyimi bildirmək istəyirəm.

Zati-alinizə yeni yaşınızda cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzulayıram.

Hörmətlə,


Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video