Alternative content

14:21 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir Krqanovdan
Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir Krqanovdan
ANA SƏHİFƏ / Məktublar
22:29 25.12.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.

İcazə verin Sizi həyatınızda əlamətdar hadisə - doğum gününüz münasibətilə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Siz respublikaya rəhbərlik edən gündən İslamın sülh, xeyirxahlıq və ədalət prinsiplərini əsas tutaraq, Azərbaycan xalqının rifahı naminə əzmlə çalışırsınız. Siz yorulmaq bilmədən işləyərək özünüzü Azərbaycanın taleyi üçün çox böyük məsuliyyət hiss edən müdrik, qətiyyətli, insanların qayğısına qalan dövlət xadimi kimi göstərə bilmisiniz.

Müasir Azərbaycan sosial-iqtisadi uğurun və millətlərarası sülhün nümunəsi olmaqla bərabər, həm də Sizin səyləriniz sayəsində öz qədim qaynaqlarına qayıdır və özünün əvvəlki tarixi möhtəşəmliyini dirçəldir.

Sizin şərəfli əməyinizə, səxavətli və həssas qəlbinizə görə minnətdarlıq və təşəkkür sözlərimi qəbul edin. Qoy ömrünüzün hər günü sülh, harmoniya və məhəbbətlə dolu olsun!

Sizə çətin işinizdə güc, gümrahlıq, enerji, müdriklik və səbir diləyirik. Allah Sizin bütün xeyirxah işlərinizi, səmimi dualarınızı və ibadətinizi qəbul etsin!

Dərin hörmətlə və ömrünüzə dualarla,


Albir Krqanov
Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi,
Rusiya Federasiyası İctimai Palatasının üzvü


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM