Alternative content

19:10 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mahaçqala şəhəri Azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri, Dağıstan Respublikasının rəhbəri yanında millətlərarası münasibətlər şurasının üzvü Rakif Əzizovdan
Mahaçqala şəhəri Azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri, Dağıstan Respublikasının rəhbəri yanında millətlərarası münasibətlər şurasının üzvü Rakif Əzizovdan
ANA SƏHİFƏ / Məktublar
16:30 25.12.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, işinizdə uğurlar və firavanlıq arzu edirəm.

Dağıstan Respublikasında Azərbaycanın on minə yaxın vətəndaşı müvəqqəti yaşayır və işləyir. Dağıstan rəhbərliyi Azərbaycan Respublikasının rəhbərliyi ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayır və fəal dəstəkləyir.

Biz, qonşu və qardaş Dağıstan Respublikasında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları öz vətənimizlə fəxr edirik. Sizin seçdiyiniz siyasi fəaliyyət xətti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda bizim vətəndaşların həyatının daim yaxşılaşdırılmasına yönəlib. Qonşu dövlətin vətəndaşlarından bizim vətənimiz və onun rəhbərliyi barədə ən xoş və səmimi sözlər eşitmək bizim üçün çox xoşdur, bu sözlər bizi daha sıx birləşdirir.

"Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti” Dağıstan rəhbərliyinin dəstəyi ilə altı ildir ki, hər il Azərbaycanın dövlət və xalq bayramlarını, o cümlədən Novruz bayramını, Azərbaycan Respublikası Gününü, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğum gününü qeyd edir.

Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti Azərbaycan vətəndaşlarının həyat fəaliyyətinin müxtəlif sahələrində, miqrasiya siyasəti məsələlərində onları dəstəkləyir, qonşu respublikanın ərazisində azərbaycanlıların rahat yaşamaları üçün onların milli mədəniyyətinin, ənənələrinin, adətlərinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəlmiş tədbirlər keçirir.

Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti iki qardaş respublikanın xalqları arasında millətlərarası və mədəni münasibətlərin inkişafına verdiyi böyük töhfəyə görə dəfələrlə Dağıstan rəhbərliyi tərəfindən fəxri fərmanlara və təşəkkürnamələrə layiq görülüb, 2018-ci il martın 21-də Novruz bayramına həsr edilmiş tədbirdə Dağıstan Respublikasının Milli Siyasət Nazirliyinin rəhbərliyi tərəfindən "Millətlərarası sülhün və həmrəyliyin möhkəmləndirilməsinə görə” Fəxri nişanı ilə təltif edilib.

Səmərəli işinizə görə Sizə dərin minnətdarlığımızı ifadə edirik. Biz bilirik ki, Sizin sayənizdə bizim ümumi evimiz, bənzərsiz və sevimli Azərbaycan daha da inkişaf edəcək və çiçəklənəcək.
Hörmətlə,


Rakif Əzizov
Mahaçqala şəhəri Azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri,
Dağıstan Respublikasının rəhbəri yanında millətlərarası münasibətlər şurasının üzvü



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM