25 Dekabr 2018 16:12
951
Səhiyyə
A- A+

Qubada gənc ana üçəm dünyaya gətirib



Quba rayon Alpan kənd sakini 24 yaşlı Şəbnəm Əkbərovanın üçəm körpələri dünyaya gəlib. Dekabrın 8-də doğulan körpələrdən ikisi qız, biri oğlandır.

Quba Regional Perinatal Mərkəzin direktoru Şəhla Həsənova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, vaxtından əvvəl doğulan (hamiləliyin 30-cu həftəsində) uşaqların vəziyyəti olduqca ağır idi. Doğularkən qız uşaqları 950 və 980 qram, oglan isə 1 kiloqram 450 qram çəkidə olub.

Yeni doğulan körpələr kuvezə yerləşdirilərək tənəffüs aparatına qoşulub. Üçəmlər yalnız bir həftədən sonra tənəffüs aparatından ayrılaraq sərbəst nəfəs almağa başlayıblar.

Şəhla Həsənova bildirib ki, təbii doğuşla dünyaya gələn körpələr hələ 10 günə kimi kuvezdə saxlanılacaq. Hazırda hər üç uşaq normal inkişaf edir. Körpələrin boyu və çəkisi artır.

Uşaqların anası Şəbnəm Əkbərova müvafiq müalicələrdən sonra xəstəxanadan evə buraxılıb. Bu, gənc ananın ilk hamiləliyidir.

Bundan əvvəl Quba rayonunda üçəmlərin dünyaya gəlməsi 10 il əvvələ təsadüf edib. Ötən ilin dekabr ayında isə Qusar rayon sakini Şəhla Əmirəliyevanın üçəm körpələri dünyaya gəlmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video