25 Dekabr 2018 15:42
171
CƏMİYYƏT
A- A+

Şəhid atası: Dövlətimizin qayğısını hər zaman hiss edirik


"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesi davam edir.

Şəhid hərbi qulluqçu Nəsimi Mirzəyevin atası Alı Mirzəyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində dövlətimizin başçısının bu humanist addımının bütün şəhid ailələri tərəfindən məmnunluqla qarşılandığını deyib: "Bir şəhid ailəsi kimi dövlətimizin qayğısını hər zaman hiss edirik. Hər ay 240 manat müavinət alırıq, bir çox imtiyazlardan faydalanırıq. Prezident İlham Əliyevin Fərmanına əsasən, şəhid ailələrinin vərəsələrinə ayrılan birdəfəlik ödəməni də almışıq. Şəhid ailələrinə göstərdiyi bu qayğıya görə Prezidentimizə öz adımdan və ailəmiz adından təşəkkürümü bildirirəm”.

1993-cü ildə hərbi xidmətə yollanan Nəsimi Mirzəyev Ağdam-Ağdərə istiqamətində bir çox döyüşlərdə iştirak edib. Ağdam rayonunun Qaraağacı kəndinin müdafiəsi zamanı canından keçərək, şəhidlik zirvəsinə ucalıb.

"Şəhidlərin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Mənim oğlum Vətən uğrunda canından keçdi. Bu ağrı-acını unutmaq mümkün olmasa da, sağ olsun dövlətimiz, bizi tək qoymur, qayğımıza qalır”, - deyə Alı Mirzəyev bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video