Alternative content

20:08 13 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
17:48 13.11.2019 İndoneziyada partlayış
17:48 13.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Həsən Mirzəyevdən
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Həsən Mirzəyevdən
ANA SƏHİFƏ / Məktublar
14:50 25.12.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizin bir vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli məsələləri qüsursuz yerinə yetirməyiniz Vətənə layiqli xidmət nümunəsidir.

Azərbaycan xalqı Sizi dövlət başçısı vəzifəsinə seçməklə Sizə öz etimadını və ölkənin inkişaf etdirilməsi, cəmiyyətdə sabitlik və həmrəylik, xalqın firavanlığı və rifahının yüksəlməsi üzrə Sizin siyasətinizi hərtərəfli dəstəklədiyini nümayiş etdirib. Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatçılıq yolunun layiqli davamçısısınız.

Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolunda inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. Mən Sizin həmvətəniniz kimi öz tarixi Vətənimlə qürur duyur, onu əziz tuturam. Bakıda bir çox beynəlxalq tədbirlər keçirilməsi faktları da Azərbaycan Respublikasının nailiyyətlərinin beynəlxalq aləmdə tanınmasına dəlalət edir.

Bu gün Siz həyatınızın ən mühüm mərhələsindəsiniz – zəngin təcrübəniz müdriklik və həyat bilgisi ilə ahəngdar şəkildə əlaqələnir, çox iş görülüb, gələcək üçün çoxlu yeni planlar var.

Qoy enerji, gümrahlıq və mənəvi güc Sizin etibarlı tərəfdaşlarınız olsun! Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzulayıram.

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,


Həsən Mirzəyev
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,
Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar hüquqşünası,
hüquq elmləri doktoru, professor



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM