25 Dekabr 2018 14:35
682
İDMAN
A- A+

Londonda keçirilən Olimpiya Beynəlxalq Atçılıq Şousunda iştirak edən Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb


Londonda təşkil edilən ənənəvi Olimpiya Beynəlxalq Atçılıq Şousunda uğurla çıxış edən Azərbaycan idmançıları və nümayəndə heyəti dekabrın 25-də Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi təşkil olunub.

Mərasimdə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) əməkdaşları, idmançıların yaxınları, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Dekabrın 17-dən 23-dək Londonda ənənəvi olaraq təşkil edilən və 111 illik tarixə malik Olimpiya Beynəlxalq Atçılıq Şousunda Azərbaycan təmsilçilərinin valehedici çıxışları tamaşaçıları riqqətə gətirib, ingiltərəli atçılıq idmanı həvəskarlarının qəlbində Qarabağ atlarının coşqusunu alovlandırıb.

Bu ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüş və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinə rəhbərlik edən baş məşqçi Azər Həmzəyev uğurlu çıxışına görə komandanın hər bir üzvünü təbrik edərək deyib: "Biz artıq Vətəndəyik. Beş gün davam edən səfərimizin əsas məqsədi Qarabağ atlarını bütün dünyaya tanıtdırmaq idi. Düşünürəm ki, biz hər bir üzvümüzün səyi nəticəsində hamını valeh edə bildik, yerli tamaşaçıların diqqətini cəlb etdik. Fasilələrdə Qarabağ atı ilə maraqlananlar bizim yanımıza gəlir, atlarla və ölkəmiz haqqında sual verirdilər. Özümüzlə Qarabağ atları haqqında kitabçalar da aparmışdıq. Hər maraqlanan şəxsə o kitabları payladıq. Bütün idmançılarımız sağlamdır, heç biri o möhtəşəm fəndlərdən sonra zədələnməyib”.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan A.Həmzəyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video