Alternative content

17:02 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV PREZİDENT HƏDİYYƏSİ
PREZİDENT HƏDİYYƏSİ
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:10 25.12.2018


İlham Əliyev ad gününü öz ailəsi ilə - yenə də məcburi köçkünlərlə keçirdi və 5 min nəfərə yeni mənzil bağışladı


Prezidentin dəyişməz ənənəsidir: ad günlərini daim məcburi köçkünlərlə keçirir. Bunun səbəbini ondan soruşanlara isə cavabı konkretdir: məcburi köçkünlər mənim ailə üzvlərimdir, mən də doğum günümdə onlarla - öz ailəmlə bir oluram.


İlham Əliyev nümunəsi


Dünən də eyni mənzərənin şahidi olduq. Prezident 57-ci ildönümünü geniş ailəsi ilə birgə qeyd etdi, yenə də onların sevgisini gördü, səmimi alqışlarını, dualarını eşitdi...

Hamımız müşahidə edirik, İlham Əliyev ad günü sevincini tam dolğunluğu ilə məhz bu sadə insanların əhatəsində yaşayır. Dünyanın nüfuzlu liderlərindən aldığı təbriklər, həmkarlarından edilən telefon zəngləri fonunda dünən qürurlu gün yaşamasına baxmayaraq, məhz bu əliqabarlı zəhmətkeşlərin arasında daha xoşbəxt, daha məmnun görünürdü. Çünki onu təmənassız sevənlərin, ona bütün varlığı ilə bağlı olub, tam inananların içində idi...

İlham Əliyevin lider kimi özəlliyi odur ki, vətəndaşları ilə ən mükəmməl tərzdə ünsiyyət qurmağı bacarır. Amma bir məqamı da unutmayaq: bu ünsiyyət yalnız siyasi manevrlərə söykənsə, uzunmüddətli ola bilməz, çünki əsas əməldir. Onun xalqı üçün etdiyi yaxşılıqlara, vətəndaşına verdiyi işə, rahat güzərana görə qazandığı da məhz bu səmimiyyətdir, duyğusal ünsiyyətdir.

Tam 15 ildir hər bir azərbaycanlının Prezidenti olmağı bacaran insana milyonların etimadını, inamını, dəstəyini aydın görürük. Və bu möhtəşəm ünsiyyətin ən parlaqları da adətən məcburi köçkünlərlə görüşlərdə yaşanır. Necə ki, dünən buna bir daha əmin olduq...

Prezident ad gününə hədiyyə ilə gəlmişdi. İlham Əliyev fərqliliyi, özünəməxsusluğu həm də bundadır. Hədiyyə almağı sevmir, amma əzizlərinə daim hədiyyə verir...


1000 ailənin ilk qonağı


Prezident tam 1000 ailəyə, təqribən 5000 insana yeni mənzil hədiyyə etdi. Və beləliklə, İlham Əliyev tərəfindən açılan məcburi köçkün qəsəbələrinin sayı 101-ə, Prezidentin yeni mənzil hədiyyəsini alanların sayı isə orta hesabla 60 min ailəyə, yəni 300 min nəfərə çatdı.

Məcburi köçkünlərin ilk qonağı da məhz Prezident və xanımı idi.

İlham Əliyev köçkünlərin problemlərinin həllinin prioritet məsələ kimi qəbul edildiyini və onların mənzillə təminatında bu il rekord göstəricinin əldə olunduğunu söylədi. 150 evdən ibarət Cocuq Mərcanlıdakı quruculuğu milli iradənin rəmzi kimi dəyərləndirən Prezidentin, "yeni qəsəbələr müvəqqəti yaşayış yeridir, gün gələcək belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda açılacaq” bəyanatı isə Baş Sərkərdənin qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.

Prezident bu şəhərcikdə daha 1900 ailə üçün mənzil tikiləcəyinin müjdəsini də verdi...

Unutmayaq, köçkünlər üçün İlham Əliyev yalnız yeni mənzil hədiyyə edən xeyirxah rəhbər deyil, həm də onları ata-baba evlərinə - Qarabağa qaytaracaq Ali Baş Komandandır!


10 gündə 1419 yeni mənzil və 50 min ailəyə maddi yardım


İlham Əliyevin mərhəmət, himayədarlıq dəyərlərini əks etdirən sosial siyasətini elə son 10 günün timsalında aydın görə bilərik. Hərbçilərə 394 mənzil, idmançılara 25 yeni ev hədiyyə edən Prezident 50 min aztəminatlı ailəyə də birdəfəlik maddi yardım ayırdı.

Yəni 10 gündə 1419 mənzil və əlavə 50 min ailəyə yardım...

Bu "10 günlər” silsiləsi ötən 15 ilin içində yüz minlərlə ailənin sevinci, milyonlarla insanın rifahı deməkdir...

Gücünü xalqdan alan müqtədir hakimiyyətin qüdrət bəxş etdiyi dövlətin real mənzərəsidir...

"Güclü dövlət - güclü xalq - güclü hakimiyyət” formulunun real təzahürü, əlbəttə ki, bugünkü Azərbaycan, onun uğurları, beynəlxalq nüfuzu, qlobal miqyasda daşıdığı strateji əhəmiyyətdir.

Və həm də dünənki tədbirdir!..

Prezidentin dünənki görüşü bir daha sübut etdi ki, İlham Əliyev bu xalqın yalnız 5 il müddətə seçdiyi rəhbəri deyil, onun dayağıdır, güvəncidir, sabaha inamıdır, ən nəhayət, gələcəyinin yeganə təminatçısıdır!

Prezident ailəsinin üzvünün - bir məcburi köçkünün dediyi kimi, nə yaxşı ki, İlham Əliyev var...

Daim var olun, cənab Prezident!..

Əslində, kim deyə bilər ki, İlham Əliyev ailəsinin - məcburi köçkünlərin yanından hədiyyəsiz qayıtdı...

Şəhid analarının, övladlarının alqışlarından, dualarından müqəddəs hədiyyə varmı bu məmləkətdə...

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM