Alternative content

16:26 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri Andrey Kostindən
Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri Andrey Kostindən
ANA SƏHİFƏ / Məktublar
00:27 25.12.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə "VTB Bank”ın idarə heyəti və kollektivi adından, şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Siz artıq 15 ildən çoxdur ki, hamı tərəfindən qəbul edilmiş lider olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsində enerjinizi, müdrikliyinizi və təcrübənizi ölkənin inkişafının və onun vətəndaşlarının firavanlığının təmin edilməsinə yönəldirsiniz. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına, regional sabitliyin və qarşılıqlı iqtisadi fəaliyyətin təmin edilməsi üzrə beynəlxalq səylərə Sizin şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirirlər.

Sizin Rusiya ilə Azərbaycanın işgüzar birlikləri arasında əməkdaşlıq məsələlərini daim diqqətdə saxlamağınız ikitərəfli ticari və investisiya əlaqələrinin genişlənməsində mühüm rol oynayır.

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun VTB kapitalında iştirakını yüksək qiymətləndiririk. Bunda dostluq, etimad və ölkələrimiz arasında səmərəli əlaqələrin möhkəmlənməsinə yönəldilmiş güclü kurs görürük.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, məsul işinizdə uğurlar diləyirəm.

Hörmətlə,


Andrey Kostin
Rusiyanın "VTB Bank” Publik Səhmdar Cəmiyyətinin
prezidenti – idarə heyətinin sədri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM