24 Dekabr 2018 17:20
321
İQTİSADİYYAT
A- A+

KOBİA Müşahidə Şurasının ilk iclası keçirilib


İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinə əsasən, KOBİA-nın idarəetmə orqanları - Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət olmaqla, Şuranın sədri iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin müavinləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Şuranın üzvləridir. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

İclasda Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanına əsasən yaradılmış KOBİA strukturları və dəstək mexanizmləri vasitəsilə sahibkarlara təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə və digər xidmətləri operativ, şəffaf və nəzakətlilik prinsipləri əsasında təqdim edəcək.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov indiyədək görülmüş işlər barədə hesabatla çıxış edib. Vurğulanıb ki, agentlik dövlət başçısının tapşırıqlarının icrası istiqamətində tədbirlər həyata keçirib, bir sıra layihələrin icrasına başlanılıb. Belə ki, kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb. Artıq Masallı, Siyəzən, Xaçmaz və Şabranda 4 "KOB Dostu" fəaliyyətə başlayıb, ilin sonunadək Gəncə, Yevlax, Quba və Qusarda da "KOB Dostu" fəaliyyətə başlayacaq. Hazırda ilk "KOB evi"nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. Ümumiyyətlə, "KOB evləri"ndə sahibkarlara 34 dövlət təşkilatının 110-a yaxın xidməti təqdim ediləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlər göstərəcək "e-KOB evi" portalının yaradılması ilə bağlı işlər davam etdirilir. Bundan başqa, sahibkarların müraciətlərinə baxılması və onların çevik həlli ilə bağlı online platforma olan "Sahibkarlara Dəstək Sistemi" yaradılıb və "Bakutel 2018" sərgisində təqdim olunub. ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin analoji qurumları ilə təcrübə mübadiləsi məqsədilə həmin ölkələrə təlim səfərləri təşkil edilib, dövlət orqanları, ali təhsil müəssisələri, yerli və xarici təşkilatlarla əməkdaşlığa dair memorandumlar imzalanıb, agentliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması üçün QHT-lər və sahibkarlar assosiasiyalarından ibarət İctimai Şura, gənclərin işgüzar inkişafına dəstək göstərilməsi və məşğulluğunun təmin olunması üçün Könüllülər Şurası yaradılıb.

Agentliyin idarə heyəti sədrinin müavini Elçin İbrahimov və Aparat rəhbəri Şamil Süleymanlı görülən işlər və nəzərdə tutulan tədbirlər barədə təqdimatlarla çıxış ediblər.

İclasda agentliyin fəaliyyətinin qısa, orta və uzunmüddətli prioritetləri barədə fikir mübadiləsi aparılıb, KOBİA-nın fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi mexanizmi müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video